“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub
Azərbaycan teatrının görkəmli siması Sidqi Ruhulla 140 yaşında yad edilir
Azərbaycan dühası Mərkəzi Asiya kontekstində: Rafael Hüseynovdan yaddaqalan çıxış
I rübdə qeyri-neft sektoru üzrə ixrac gəlirləri 12%-ə yaxın artıb
23 Dekabr 2024 19:30
3 514
Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ərazisində "Qaz İxrac" İdarəsinə məxsus magistral qaz kəmərləri üzərində aparılacaq təmir-quraşdırma işləri və Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 24.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan Xalqcebhesi.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin, Binə və Qala qəsəbələrinin, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinin, Nəsimi rayonu üzrə isə Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.