Tramp: "Şimal dənizində neft hasil olunmazsa, Britaniya müflis olacaq" Dünya

Tramp: "Şimal dənizində neft hasil olunmazsa, Britaniya müflis olacaq"

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Şimal dənizində neft hasilatına başlamayacağı təqdirdə müflis olacağını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, ​Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ lideri Böyük Britaniyanın yeni baş naziri Endi Bernemlə yaxşı münasibətlərinin olduğunu qeyd edib:

​"Sizin yeni baş naziriniz Endi Bernemlə çox yaxşı münasibətim var. O, çox liberaldır, lakin eşitmişəm ki, Şimal dənizində neft hasilatına başlamaq fikrindədir. Əgər o, bunu Aberdində etsə, zəngin ölkəniz olacaq, etməsə, müflisləşmiş bir ölkəniz olacaq".

Məryəm Quliyeva