Tramp köməkçiləri üçün kütləvi əfv fərmanları imzalamaq niyyətindədir
Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
29 Aprel 2025 15:17
4 340
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çinin “CRRC Ziyang Co., Ltd” şirkətindən 7 ədəd yeni lokomotiv və ehtiyat hissələri əldə edəcək.
ADY-dən AZƏRTAC-a bildirilib ki, lokomotivlərin və ehtiyat hissələrinin alınması ilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb. Sazişin ümumi dəyəri 26 milyon dollar təşkil edir.
Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchiz olunmuş və yüksək texniki göstəricilərə malik müasir AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlılığı ilə seçilir.
AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivdən xüsusi emissiya tələbləri olan ərazilərdə istifadə etməyə imkan verir. Lokomotivlərin xüsusən “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” üzrə, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmət etmək məqsədilə istifadəsi nəzərdə tutulur.
Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə ciddi önəm verir.
7 Noyabr 11:04
1 365
7 Noyabr 10:08
1 316
6 Noyabr 17:25
1 596