

3 İyun 17:28
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 2,45% artaraq 1 barelə görə 64,32 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 2,83% artaraq 62,51 ABŞ dollarına bərabər olub.