Trampdan Avropa liderlərinə “Rusiya neftini almayın” çağırışı Dünya

Trampdan Avropa liderlərinə “Rusiya neftini almayın” çağırışı

Fransa Prezidenti Emmanuel Makron və Avropa liderlərinin dəvəti ilə Ukrayna müharibəsi üçün təşkil edilmiş “Könüllülər Koalisiyası”nın toplantısına Ağ Evdəki ofisindən qatılan ABŞ Prezidenti Donald Tramp Rusiyanın təkcə bir ildə Avropa Birliyinə yanacaq satışından 1,1 milyard avro qazandığını qeyd edib.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadla bildirir ki, Tramp bəyan edib ki, Avropa müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalı və Avropa liderləri Rusiyanın müharibə səylərini maliyyələşdirmək üçün Çinə də iqtisadi təzyiq göstərməlidir.