Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

ABŞ və Avropa fond bazarlarında son vəziyyət açıqlanıb.

"APA-Economics" xəbər verir ki, ABŞ-da əsas indekslər artım nümayiş etdirib. Belə ki, Dow Jones 0,14% yüksələrək 46 381,54 bənd, S&P 500 0,44% artaraq 6 693,75 bənd, Nasdaq Composite 0,70% irəliləyərək 22 788,98 bənd olub. NYSE Composite 0,23% artaraq 21 542,47 bənd, S&P/TSX Composite isə 0,64% qalxaraq 29 958,98 bənd təşkil edib.

Avropa bazarlarında isə əsasən azalma müşahidə olunub. Euro Stoxx 50 0,30% geriləyərək 5 442,05 bənd, DAX 0,48% azalaraq 23 527,05 bənd, CAC 40 0,30% enərək 7 830,11 bənd, IBEX 35 isə 1,17% geriləyərək 15 082,50 bənd səviyyəsinə düşüb. Əksinə, FTSE 100 0,11% artaraq 9 226,68 bəndə çatıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,06% azalaraq 1,1796 olub.

Analitiklər qeyd edirlər ki, ABŞ bazarlarında artıma əsasən FED-in faiz dərəcələrini azaltmaq ehtimalı və texnologiya şirkətlərinin güclü performansı təsir edib. Avropa bazarlarında isə zəif iqtisadi göstəricilər və makroiqtisadi qeyri-müəyyənliklər fonunda azalma qeydə alınıb.