Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb Dünya

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib.

Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.