Pakistanda musson yağışları nəticəsində mindən çox insan həlak olub Dünya

Pakistanda musson yağışları nəticəsində mindən çox insan həlak olub

Pakistanda iyunun 26-dan bəri ölkəni əhatə edən musson yağışlarının yaratdığı sel və torpaq sürüşmələrində ölənlərin sayı 1060 nəfərə çatıb.

Məlumata görə həlak olan 1060 nəfərdən 275-i uşaq olub.

Ölkədə yaranmış təbii fəlakətlər zamanı xəsarət alanların sayı isə 1063 nəfərə çatıb.