“Əsas fokus kiçik və orta sahibkarlara yönəlməlidir” İqtisadiyyat

“Əsas fokus kiçik və orta sahibkarlara yönəlməlidir”

"Kredit Zəmanəti Fondunun yaradılması vacib addımdır və kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər. Fondun yaradılması Azərbaycanda son illər özünü daha qabarıq göstərən problem – sahibkarların kredit resurslarına çıxışını məhdudiyyətini aradan qaldıra bilər".
Bu sözləri iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər: "Fondun üstünlükləri çoxdur: bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riskini aradan qaldırır. Kreditlərinə zəmanət verdiyi şirkətin kreditödəmə qabiliyyətini və borca xidmət vəziyyətini mütəmadi monitorinq edir, onlara borcların idarə edilməsibazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində məsləhətlər verir".
Ekspert qeyd edib ki, iri sahibkarlıq subyektlərindən fərqli olaraq kiçik və orta sahibkarların girov qoymaq imkanları məhduddur, kreditləri qaytarmamaq riskləri yüksəkdir, müflisləşmək təhlükəsi yüksəkdir, maliyyə hesabatlılığı lazımi səviyyədə deyil, likvid girovları yoxdur: "Elə bu risklərə görə banklar kiçik və orta sahibkarlara kredit verməkdə maraqlı deyillər. Nəticədə bazar istisadiyyatının əsas sütunu olan kiçik və orta sahibkarlar resurlar qalır".
S. Əliyev vurğulayıb ki, Azərbaycanda yaradılacaq Fondun səlahiyyətləri barədə ümumi təsəvvür olsa da Əsasnamə təsdiq olunduqdan sonra real qiymət verək olacaq: "Yeni yaradılacaq Fondun qarşısında çoxlu vəzifələr durur və bir neçə məsələyə xüsusi diqqət yetirməsi yaxşı olardı:
– Fond fəaliyyətində əsas fokusu iri yox, kiçik və orta sahibkarlara yönəltməlidir
– Maliyyələşmədə iqtisadiyyatın prioritet sahələri nəzərə alınmalıdır və onlara üstünlük verilməlidir
– Fond, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri dəqiq işlənməlidir və sahibkarın üzərinə risklər az qoyulmalıdır
– Fond tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə maksimum nisbəti 50%-də az, 80%-dən çox olmalıdır
– Zəmanət yerli istehsalın dəstəklənməsinə yönəldilməlidir
Belə bir maliyyə institutu yaradılması müsbət haldır. Onun reallıqda işlək mexanizm olması isə daha vacibdir".