Dünya bazarlarında neft 3%-dən çox bahalaşıb İqtisadiyyat

Dünya bazarlarında neft 3%-dən çox bahalaşıb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 3,23% artaraq 1 barelə görə 64,61 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 3,37% artaraq 60,47 ABŞ dollarına bərabər olub.