Sahibə Qafarova: Türkiyənin yanımızda olmasını xalqımız unutmayacaq
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Sahibə Qafarova: Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər
Vüqar Rəhimzadə: Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır
17:32
735
Azərbaycanla Türkiyə arasında sığorta sektorunda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. Məlumata görə, AMB sədri Taleh Kazımov Türkiyə Sığorta və Özəl Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyinin sədri Davut Menteşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı hər iki ölkənin sığorta sektorunda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Qeyd edilib ki, bu Memorandum qurumlar arasında sığorta sektorunda tənzimləmə və nəzarət sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşviqinə xidmət edəcək.
"Memorandum iki qardaş ölkənin maliyyə sistemləri arasında inteqrasiyanın dərinləşdirilməsinə, o cümlədən regional səviyyədə sığorta sektorunun dayanıqlı inkişafına mühüm töhfə verəcək"- Taleh Kazımov əlavə edib.
17:18
917
15:42
903
15:41
882

