Azərbaycanla Türkiyə arasında sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycan səfirliyi Montoneqroda iğtişaşları diqqətlə izləyir, zəruri tədbirlər görür
Azərbaycan və Belarusun Baş nazirlərinin müavinləri Ağdamda tikinti işləri ilə tanış olublar
Melissa qasırğası səbəbindən Kubadan 735 min nəfər təxliyə edilib
13:42
910
Azərbaycan Respublikası 1998-ci il sentyabrın 10-da Rotterdam şəhərində imzalanmış “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulub.
Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Prezidentin bununla bağlı müvafiq Sərəncamına görə isə “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 sentyabr tarixli 262-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərməlidir.
17:31
329
15:58
623
15:28
798