Azərbaycanla Türkiyə arasında sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycan səfirliyi Montoneqroda iğtişaşları diqqətlə izləyir, zəruri tədbirlər görür
Azərbaycan və Belarusun Baş nazirlərinin müavinləri Ağdamda tikinti işləri ilə tanış olublar
Melissa qasırğası səbəbindən Kubadan 735 min nəfər təxliyə edilib
13:43
938
Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti Ağdamın Qızıl Kəngərli kəndində olublar.
APA xəbər verir ki, Baş nazirin müavinlərinə kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat verilib.
Aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq.
Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.
Qeyd edək ki, Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.