Vüqar Rəhimzadə: Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır
Rəfsəncaninin qızına atasının ölümü ilə bağlı iddialarına görə məhkəmə işi açılıb
Azərbaycan və Qazaxıstan Ali məhkəmələri arasında memorandum imzalanıb
Azərbaycanın Omandakı səfirliyinin binasının rəsmi açılış mərasimi olub
Azərbaycanla Türkiyə arasında sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalanıb
15:49
896
Qlobal temperaturun artması hər dəqiqə dünyada bir nəfərin ölümünə səbəb olur. İqlim böhranının sağlamlığa təsirləri ilə bağlı bu günə qədər dərc olunmuş ən əhatəli hesabat milyonlarla insanın hələ də qalıq yanacaqlardan asılılıq səbəbindən öldüyünü ortaya qoyub.
Xalqcebhesi.az xəbər verir ki, London Universitet Kolleci (UCL) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıqda hazırlanan Lancet jurnalının 2025-ci il üçün İqlim və Sağlamlığa Geri Sayım Hesabatında qalıq yanacaq istifadəsinin yalnız qlobal istiləşməyə deyil, həm də zəhərli hava çirkliliyinə, meşə yanğınlarına və dang qızdırması kimi xəstəliklərin yayılmasına səbəb olduğu bildirilir.
UCL-dən Dr. Marina Romanello bildirib ki, "Bu hesabat dünyada insan həyatını və dolanışıqlarını məhv edən dağıdıcı vəziyyəti açıq şəkildə ortaya qoyur. İqlim dəyişikliyinin qarşısının alınmasında və ona uyğunlaşmasında gecikmələr hər il milyonlarla lazımsız ölümə səbəb olur".
İstilikdən ölüm halları 23 faiz artıb.
Araşdırmaya görə, 1990-cı illərdən bəri istiliklə bağlı ölüm halları 23 faiz artıb. 2012-2021-ci illər arasında hər il orta hesabla 546.000 insan həddindən artıq istilər səbəbindən dünyasını dəyişib. Bu, ilin hər dəqiqəsində bir nəfərin ölümü deməkdir.
Avstraliyanın Sidney Universitetinin professoru Ollie Cey deyib: "İstilik stressi hər kəsə təsir edə bilər və ölümcül ola bilər. İnsanların çoxu bunu dərk etmir, lakin isti ilə bağlı hər bir ölümün qarşısı əslində alına bilər".
Məryəm Quliyeva