Əmtəə bazarlarında qızıl 4 200 dollardan yuxarı səviyyədə alınıb-satılır İqtisadiyyat

Əmtəə bazarlarında qızıl 4 200 dollardan yuxarı səviyyədə alınıb-satılır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,27% artaraq 4 205,92 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,41% azalaraq 52,953 ABŞ dolları olub.