SOCAR ilə “MVM ONEnergy” arasında qaz təchizatına dair yeni saziş imzalanıb İqtisadiyyat

SOCAR ilə “MVM ONEnergy” arasında qaz təchizatına dair yeni saziş imzalanıb

10 dekabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group”un baş icraçı direktoru Karoly Matrai ilə görüşüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari layihələr və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qaz tədarükü, infrastruktur layihələri, davamlı enerji həlləri və regional tərəfdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Görüş çərçivəsində SOCAR ilə “MVM ONEnergy” arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb. 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

Təbii qaz təchizatına dair yeni saziş şirkətlər arasında əvvəlki müqavilə əsasında hazırlanıb. Son illər ərzində hər iki şirkət uğurlu, etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini davam etdiriblər. Tərəfdaşlığın uzadılması hər iki tərəfin uzunmüddətli enerji əməkdaşlığına və regional enerji təhlükəsizliyinə sadiqliyini əks etdirir.

SOCAR ilə