17:14
511
Bu ilin noyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 456 min barel səviyyəsində olub.
"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari ilin oktyabr ayının göstəriciləri (458 min barel) ilə müqayisədə oktyabrda Azərbaycanda ortalama gündəlik neft hasilatı 2 min barel azalıb.
Məlumata əsasən, bu ilin birinci, ikinci və üçüncü rübündə qeyd olunan göstərici müvafiq olaraq 466 min barel, 461 min barel və 458 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan cari ilin noyabr ayında "OPEC+" çərçivəsində kvotadan 95 min barel geri qalıb.