Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
11 Dekabr 2025 17:46
1 673
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovla ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdays arasında görüş keçirilib.
Bu barədə Nazirlikdən bildirilib.
Ticarət elçisinə son 20 ildə ölkədə nəqliyyat və kommunikasiya infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Azərbaycanın Mərkəzi Asiya, eləcə də Orta Dəhliz üzərində yerləşən digər ölkələrlə fəal əməkdaşlığı nəticəsində son illərdə bu dəhlizlə daşımaların həcminin bir neçə dəfə artdığı qeyd olunub.
Görüşdə Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədə məlumat verilib, layihənin regional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.
Həmçinin Azərbaycanla Birləşmiş Krallıq arasında tərəfdaşlığın gündəliyində olan prioritet fəaliyyət istiqamətləri, o cümlədən aviasiya və dəmiryol nəqliyyatı, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal bilik və bacarıqlara malik insan kapitalının inkişafı üzrə birgə fəaliyyətin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.