08:43
812
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Qubeyri və Harət Hreyk rayonlarında şiə hərəkatı “Hizbullah”a aid obyektlərə zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, TASS-a mülki müdafiə xidmətindəki mənbənin verdiyi məlumata görə, təyyarələr “Hizbullah”a məxsus “Al Nour” radiostansiyasının yerləşdiyi binaya zərbə endirib.
“Həmçinin cənub kənarlarında daha bir neçə güclü partlayış səsi eşidildi”, – deyə mənbə bildirib. “Bombardmana məruz qalan ərazilərə hazırda təcili yardım briqadaları və yanğınsöndürən maşınlar göndərilir.”
Məryəm Quliyeva