Azərbaycanın neft-qaz sektoronun əsas göstəriciləri - CƏDVƏL İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoronun əsas göstəriciləri - CƏDVƏL

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34 821,8 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% azalıb.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 31 612,8 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 2,4% azdır.

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:

Fəaliyyət növlərinin adı

2025-ci ilin yanvar-noyabr aylarında istehsal edilmişdir, milyon manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə

Mədənçıxarma sənayesi

34 821,8

97,7

Xam neft və təbii qaz hasilatı

31 612,8

97,6

Metal filizlərinin hasilatı

646,9

139,3

Mədənçıxarma sənayesinin digər sahələri

213,3

110,6

Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi

2 348,8

93

Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 25 266,2 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 35 507,8 mln. kub metr təşkil edib.

Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7% azalıb, əmtəəlik qaz hasilatı isə 1,1% artıb.

Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:

Məhsul növləri

2025-ci ilin yanvar-noyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.12.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Xam neft və təbii qaz hasilatı

Xam neft (qaz kondensatı daxil olmaqla), min ton

25 325,5

95,3

212,6

ondan əmtəəlik

25 266,2

95,3

212,6

Təbii qaz, milyon kub metr

46 451,3

100,9

-

ondan əmtəəlik

35 507,8

101,1

-