Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
15 Dekabr 2025 11:40
1 400
2025-ci ilin III rübündə Azərbaycana birbaşa xarici investisiyalar 4,7 mlrd. dollara çatıb.
“APA-Economics” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında tədiyyə balansının 9 aylıq nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, hesabat dövründə ölkəyə cəlb olunan birbaşa xarici investisiyalarda ən böyük pay Böyük Britaniyanın payına düşüb və bu ölkədən 1 mlrd. 243 mln. ABŞ dolları həcmində sərmayə yatırılıb. Türkiyədən 912 mln. ABŞ dolları, Kiprdən 543 mln. ABŞ dolları, İsveçrədən 284 mln. ABŞ dolları, eləcə də İrandan 272 mln. ABŞ dolları məbləğində birbaşa xarici investisiya cəlb edilib.
Eyni zamanda bildirilib ki, hesabat dövründə Azərbaycandan xaricə yönəldilən birbaşa investisiyaların həcmi 2 mlrd. 38 mln. ABŞ dolları təşkil edib. Müqayisə üçün, 2024-cü ilin I yarısında bu göstərici 1 mlrd. 349,8 mln. ABŞ dolları olmuşdu.
Məlumata görə, Azərbaycandan xaricə yönəldilən birbaşa investisiyalarda əsas istiqamət İsrail olub və bu ölkəyə 542,6 mln. ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bu da əsasən “Tamar” qaz yatağı layihəsi ilə bağlıdır. Türkiyəyə 289 mln. ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərinə 250 mln. ABŞ dolları, Böyük Britaniyaya 176 mln. ABŞ dolları, İtaliyaya isə 118 mln. ABŞ dolları həcmində birbaşa investisiya yönəldilib.