Azərbaycan vasitəsilə Ermənistana yenidən taxıl göndəriləcək İqtisadiyyat

Azərbaycan vasitəsilə Ermənistana yenidən taxıl göndəriləcək

Taxıl yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə yaxın vaxtlarda Ermənistana çatdırılması planlaşdırılır.

Xalqcebhesi.az xəbər verir ki, Ermənistan iqtisadiyyat naziri Gevork Papoyan ölkəyə yeni taxıl partiyalarının gətiriləcəyini açıqlayıb.

O, tədarükçü ölkənin adını və yüklərin İrəvana dəqiq daxilolma tarixini açıqlamayıb:

"Taxılın həcmi ilə bağlı məlumat yüklər ölkəyə daxil olduqdan sonra təqdim ediləcək".