Gömrük rüsumlarının üçpilləli tarif sisteminə keçid nəzərdə tutulur İqtisadiyyat

Gömrük rüsumlarının üçpilləli tarif sisteminə keçid nəzərdə tutulur

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Nazirlər Kabinetinə ölkəyə idxal edilən xammal və məhsullara tətbiq olunan rüsum faiz dərəcələrinin dəyişməsini nəzərdə tutan üçpilləli tarif sisteminə keçidlə bağlı təklif irəli sürüb. Bunu jurnalistlərə DGK-nin sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, bu dəyişikliklərin qüvvəyə minməsi hökumətin qərarından asılıdır: "Artıq bir sıra nazirliklər bu təklifə müsbət reaksiya göstərib". Qeyd edək ki, çoxpilləli sistemdən üçpilləli diferensial tarif sisteminə keçid ölkədə 0, 5 və 15 faiz dərəcələrinin qüvvədə qalmasını nəzərdə tutur.
Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci il dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu tam yerinə yetirmək niyyətindədir. Bunu jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, gələn il üçün gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir: "Bu, 2017-ci il üçün gömrük daxilolmaları üzrə proqnozdan 180 milyon manat çoxdur. Əgər bu günədək biz dövlət büdcəsinə 2,13 milyard manat keçirdiyimizi nəzərə alsaq, fikrimcə gələn il üçün proqnozu yerinə yetirə biləcəyik".