Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
17 Dekabr 2025 12:02
2 401
Ölkəmizdə məşğul əhalinin təxminən 35 faizi birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır. Kənd təsərrüfatı və emal sahələrinin qeyri-neft ÜDM-ində payı isə artıq 10 faizə yaxınlaşır. Xüsusilə qlobal qeyri-sabitlik, regional münaqişələr və iqlim dəyişiklikləri fonunda qida təhlükəsizliyi məsələsi strateji məsələyə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) İdarə Heyətinin sədri Məmməd Musayev Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2025-ci il 1 oktyabr tarixinə əsasən Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 13 minə yaxın kommersiya təşkilatı fəaliyyət göstərir.
“Müəssisələrdən 26-sı iri, 175-i orta, 417-si kiçik, 12 mini isə mikro sahibkarlıqdır. Bununla belə, kredit təşkilatlarının ümumi portfelinin cəmi 1,8 faizi və ya 571 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa verilib. Bu isə maliyyə əlçatanlığı ilə bağlı aqrar sektorda əlavə alətlərə ehtiyac olduğunu göstərir”, - deyə M.Musayev bildirib.