Avropada qaz istehlakı azalıb, ABŞ-da isə artıb İqtisadiyyat

Avropada qaz istehlakı azalıb, ABŞ-da isə artıb

Bu ilin noyabr ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 2,6% azalaraq 33,8 mlrd. kubmetr təşkil edib.

Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.

Məlumata görə, azalma əsasən məişət sektorunda istilik tələbinin zəifləməsi və sənaye istehlakının azalması ilə əlaqədar olub.

“Bu, ayın üçüncü həftəsində Avropada müşahidə olunan soyuq hava şəraitinə baxmayaraq baş verib”, - hesabatda qeyd olunur.

Eyni dövrdə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 3,7% artaraq 79 mlrd. kubmetr səviyyəsinə çatıb ki, bu da yaşayış və kommersiya sektorlarında tələbin artması ilə əlaqədardı.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.