Dünya bazarlarında neftin bahalaşması davam edir İqtisadiyyat

Dünya bazarlarında neftin bahalaşması davam edir

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin aprel müqaviləsinin dəyəri 0,43% artaraq 1 barelə görə 71,97 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin aprel ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,47% artaraq 66,71 ABŞ dollarına bərabər olub.