20 Fevral 22:31
20 Fevral 20:45
20 Fevral 20:32
13:38
623
Bu il yanvarın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 435,5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 757,8 min baş təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,2% və ya 30.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2% və ya 138.7 min baş azalıb.
Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (121 399 baş), Bərdə (107 490 baş) və İmişli ( 95 493 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan (278 317 baş), İmişli (255 283 baş), Quba (240 707 baş) rayonlarındadır.
Nəzərə alaq ki, ötən il ölkəyə 33 milyon 51.71 min ABŞ dolları dəyərində 306 591 baş diri qoyun, 91 milyon 457.62 min ABŞ dolları dəyərində 115 301 baş diri iribuynuzlu heyvanlar idxal edilib.