
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” (bundan sonra – Tədbirlər Planı) təsdiq edilsin (əlavə olunur).
2. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya:
2.1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təklifləri əsasında Tədbirlər Planının 1-ci hissəsində nəzərdə tutulan tədbirlər üzrə icra ediləcək layihələrin siyahısını bir ay müddətində müəyyən etsin;
2.2. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görsünlər".
Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir
|
Sıra №-si |
Tədbirin adı |
İcraçı qurumlar |
İcra müddəti (illər üzrə) |
|
1. Suvarma üçün sudan səmərəli və qənaətli istifadənin təmin edilməsi |
|||
|
1.1. |
“Qaraçuq-1” nasos stansiyasının və nasos stansiyasından qidalanan hidrotexniki qurğuların yenidən qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2030 |
|
1.2. |
Culfa rayonu ərazisində Araz çayından qidalanan hidrotexniki qurğuların əsaslı təmiri |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2028 |
|
1.3. |
Ordubad rayonu ərazisində Araz çayından və Gilançaydan qidalanan hidrotexniki qurğuların əsaslı təmiri |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
|
1.4. |
Naxçıvançayın sol sahilində Babək rayonunun ərazisinə xidmət edən hidrotexniki qurğuların yenidən qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
|
1.5. |
Naxçıvançayın sağ sahilində Babək rayonunun ərazisinə xidmət edən hidrotexniki qurğuların yenidən qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
|
1.6. |
Sədərək rayonu ərazisində Araz çayından qidalanan hidrotexniki qurğuların əsaslı təmiri |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2030 |
|
1.7. |
Əlincəçaydan və Bənəniyar su anbarından qidalanan hidrotexniki qurğuların yenidən qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2030 |
|
1.8. |
Şahbuz rayonu ərazisində əkin sahələrinin suvarılmasına xidmət edən hidrotexniki qurğuların yenidən qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2028 |
|
1.9. |
Kəngərli rayonu ərazisində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2028 |
|
1.10. |
Şərur rayonu ərazisində Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2027–2029 |
|
1.11. |
Şərur rayonu ərazisində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2028–2030 |
|
2. İçməli su təchizatı sisteminin təkmilləşdirilməsi |
|||
|
2.1. |
Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərək kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
|
2.2. |
Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
|
2.3. |
Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərinin içməli su təchizatı şəbəkəsinin qurulması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
|
2.4. |
Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2030 |
|
2.5. |
İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2026–2029 |
|
3. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə |
|||
|
3.1. |
Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2028–2030 |
|
3.2. |
Naxçıvan şəhərinin Qaraxanbəyli və Tumbul kəndlərinin ərazisində kollektor-drenaj şəbəkələrinin tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2028–2030 |
|
3.3. |
Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
2028–2030 |