Əmtəə bazarlarında qızılın və gümüşün qıyməti artır İqtisadiyyat

Əmtəə bazarlarında qızılın və gümüşün qıyməti artır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,21% artaraq 5 141,29 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,89% artaraq 84,56 ABŞ dolları olub.