Dünya bazarlarında neftin qiyməti azalıb İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti azalıb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyul müqaviləsinin dəyəri 0,1% azalaraq 1 barelə görə 108,06 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti isə 0,31% azalaraq 101,62 ABŞ dollarına bərabər olub.