25 Avqust 16:35
25 Avqust 16:32
25 Avqust 16:30
08:43
371
İranın zərbələri nəticəsində ABŞ-nin Yaxın Şərqdəki kəşfiyyat infrastrukturuna milyardlarla dollar dəyərində zərər dəyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" telekanalı məlumat yayıb.
Məlumata görə, İslam Respublikasının raket zərbələri və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar ABŞ-nin bölgədəki kəşfiyyat obyektlərinə amerikalı xüsusi xidmət orqanlarının indiyədək qarşılaşdığı hər şeydən daha böyük və misli görünməmiş ziyan vurub. Telekanalın həmsöhbətləri əlavə ediblər ki, Yaxın Şərqdəki kəşfiyyat infrastrukturunun bərpası Vaşinqtona milyardlarla dollara başa gələcək.
Qeyd olunur ki, İranın vurğulanan zərbələri Dövlət Departamentinin, Pentaqonun və kəşfiyyat ictimaiyyətinin ABŞ-nin bölgədəki obyektlərinin lazımi müdafiəsini təmin etmək üçün kifayət qədər hazır olmasına şübhə yaradır.
Məryəm Quliyeva