Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti daha bir beynəlxalq ödəniş sisteminə qoşulur. Nazirlikdən verilən məlumata görə, "Azərpoçt" MMC Rusiyanın "Digital Payment" şirkətinə məxsus "Sendy" ödəniş sisteminə qoşulmaq üçün memorandum imzalayıb.
Qeyd edək ki, "Sendy" ödəniş sistemi hazırda 5 milyondan çox istifadəçini özündə birləşdirir. 70 mindən çox hüquqi şəxs bu sistemin müştərisidir. Artıq ölkəmizdə də "Azərpoçt"un müştəriləri bu ödəniş sistemindən rahatlıqla yararlana biləcəklər.