Bərdədə taxıl biçini başa çatıb İqtisadiyyat

Bərdədə taxıl biçini başa çatıb

Bərdə rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.
Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov bildirib ki, 11 min 38 hektar taxıl sahəsindən 48 min 698,5 ton məhsul əldə edilib. Məhsulun 38 min 641 tonu buğda, 10 min 57,5 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 45,4 sentner, arpa sahələrində isə 39,8 sentner olub. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 1,1 sentner, arpanın məhsuldarlığı isə 0,9 sentner çoxdur. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır. Qeyd edək ki, 2020-ci ilin məhsulu üçün Bərdədə 11 min 08 hektar sahədə taxıl becərilib. Onun 8511 hektarı buğda, 2527 hektarı isə arpa əkinləridir.
Ağsu rayonunda taxıl biçini kampaniyası başa çatmaqdadır və artıq zəmilərin 96 faizinin məhsulu yığılıb. Rayon statistika idarəsindən bildirilib ki, cari ildə 35 min 685 hektar sahədə taxıl əkilib və artıq 34 min 465 hektarında biçin başa çatıb. Hazırda biçin rayonun şimal dağlıq ərazilərdə aparılır ki, burada hər gün zəmilərə 27 kombayn çıxarılır. Qeyd edək ki, taxılçıların hər hektardan əldə etdikləri orta məhsuldarlıq 33 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən 2 sentner çoxdur. Rayonun bir sıra ərazilərində, o cümlədən Padar, Ərəbmehdibəy, Gəgəli ərazi dairələrində fermerlər və fiziki şəxslər daha yüksək məhsuldarlığa nail olublar.