Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə hissəsində işlər dayandırılıb İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə hissəsində işlər dayandırılıb

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Türkiyə ərazisindən keçən hissəsində işlər demək olar ki, dayandırılıb. Türkiyə mətbuatına xəbər verir ki, Qars vilayətinin valisi Günay Özdəmir işlərin gedişatını izləmək üçün jurnalistlərlə əraziyə baş çəkib.
Lakin o, ərazidə yalnız bir çalov və 4 yük maşınının işlədiyinin şahidi olub.
Vali görülən işlərin yetərli olmadığını, yaz-qış fərq etmədən işlərin görülməsinin vacibliyini qeyd edib: "Dəmiryolunun Azərbaycan hissəsində 540 km, Gürcüstan hissəsində isə 207 km yol salınır. BTQ-nin 79 km-lik Türkiyə hissəsində işlər isə 6 ildir bitmir. Buna səbəb tender sistemi göstərilir. Amma işlər vaxtında təslim olunmalıdır"
Qeyd edək ki, Dəmiryolu xəttinin təməli 2008-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə atılıb. Dəmiryolu xəttinin ümumi uzunluğu 836 km-dir. Layihənin ümumi dəyəri 700 milyon dollardır, artıq dəmiryoluna 581 milyon dollar vəsait xərclənib.