Rusiya həftəyə 2,3 milyard itirdi İqtisadiyyat

Rusiya həftəyə 2,3 milyard itirdi

2015-ci il yanvarın 9-na olan məlumata əsasən Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 386,2 milyard dollar təşkil edib.
APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu məlumatı Rusiya Mərkəzi Bankı (Bank Rossii) açıqlayıb.
2014-cü il dekabrın 26-da ehtiyatların həcmi 388,5 milyard dollar olub. Beləliklə, bir həftə ərzində Rusiyanın valyuta ehtiyatları daha 2,3 milyard dollar azalıb.