Yunanıstan-Bolqarıstan interkonnektorunun beşinci auditinin keçiriləcəyi tarix açıqlanıb İqtisadiyyat

Yunanıstan-Bolqarıstan interkonnektorunun beşinci auditinin keçiriləcəyi tarix açıqlanıb

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisini həyata keçirən ICGB AD layihə şirkəti dörd sosial və iqtisadi auditi Avropa İnvestisiya Bankının (EIB) ciddi prosedurlarına uyğun olaraq uğurla başa çatdırıb.

Layihə şirkətindən bildiriblər ki, beşinci audit 2022-ci ilin birinci rübündə planlaşdırılır.

"ICGB layihə şirkətinin qaz nəqli üzrə müstəqil operator qismində sertifikatlaşdırılması üçün zəruri sənədləri hazırlayır. Bundan başqa, şirkət interkonnektor üzrə digər operatorlarla (DESFA, TAP və Bulgargaz) müqavilələrin razılaşdırılması prosesini davam etdirir", - deyə şirkətdən bildiriblər.

Qeyd olunub ki, ICGB, həmçinin EIB-dən ümumilikdə 29,9 milyon avro məbləğində kredit çərçivəsində üçüncü tranşın əldə olunması üçün müraciət prosedurunu işə salır.