“Onlar gözlərini açacaq və dərk edəcəklər ki, Ermənistan Cənubi Qafqazın “qara qoyunu”dur” Müsahibə

“Onlar gözlərini açacaq və dərk edəcəklər ki, Ermənistan Cənubi Qafqazın “qara qoyunu”dur”

Piter Teys: "Bu istiqamətdə böyük dövlətlərdə fəaliyyət davam etdirilməlidir"

"Hesab edirəm ki, tez və ya gec onlar gözlərini açacaq və dərk edəcəklər ki, Ermənistan Cənubi Qafqazın "qara qoyunu"dur. Bu istiqamətdə böyük dövlətlərdə fəaliyyət davam etdirilməlidir. Bu tək jurnalistika sahəsinə aid deyil. ABŞ-a gəldikdə, Azərbaycandan ABŞ-a səfər etmək, mətbuat konfransları təşkil edərək ABŞ konqresmenləri ilə üzbəüz görüşlər keçirmək lazımdır. Eyni zamanda, daha çox ermənilərin manipulyasiyasına qarşı həqiqətləri yaymaq lazımdır. Çünki ermənilər internet üzərindən yalan məlumatlar yayır. Onlarla üzləşib yalan danışdıqlarını sübüt etmək lazımdır. Düzdür, bu çox çətindir, amma dünyada asan heç nə yoxdur. Mən bu barədə optimist düşünürəm, hesab edirəm ki, yaxşı olacaq". Bunu tanınmış siyasi analitik, Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys Azadinform-a müsahibəsində deyib. O, həmçinin digər sualları da cavablandırıb..

- BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edən xarici qonaqlar Azərbaycan haqqında düzgün təsəvvür əldə edə bildilərmi?

- Forumda və sessiyalarda, xüsusilə forumdan sonra keçirilən konsertdə iştirak edən xarici qonaqlar Azərbaycan mədəniyyəti , cəmiyyəti , sosial-mədəni inkişaf haqqında çox şeylər öyrəndilər. Sabiq prezident Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf tempi İlham Əliyev tərəfindən də davam etdirilir. Azərbaycanı dünyanın digər ölkələri ilə müqayisə etsək, görərəik ki, bu inkişaf heyranedicidir, üstəlik bütün bunlar cəmi 25 il ərzində edilib. Demokratik dəyərlər və ictimai institutların qurulması, insan hüquqlarının müdafiə edilməsi, qadın hüquqlarının qorunması vacibdir, lakin bu asan deyil. Azərbaycan iki onillik ərzində nəzərəçarpan inkişaf əldə edib. Azərbaycanda ABŞ-dan qabaq qadına seçki hüququ verilib. Burda bütün cinsindən, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyi təmin edilib. Fikrimcə, mədəniyyətlərarası dialoqun keçirilməsi üçün Bakıdan daha uyğun paytaxt yoxdur. İnsanlar qədim dövrlərdən bəri bir ocaq ətrafında toplaşaraq müzakirə aparmışlar. İndi bu ənənə ailələlərdə evlərdə davam edir. Təsəvvür edək ki, Azərbaycan qlobal səviyyədə bu cür dialoqa ev sahibliyi etmək üçün ocaq oldu. Düşünürəm ki, bu cür forumların keçirilməsi, siyasətçilərin tez-tez Azərbaycana səfər etməsi Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında müsbət addımdır.

- Siz bizimlə əvvəlki müsahibələrinizdə də qeyd etmisiz ki, dünya birliyi Azərbaycanın məruz qaldığı işğal və soyqırım ilə bağlı yaşadığı problemə yumulmuş gözlərlə baxır? Bəs Azərbaycan bu tendensiyanı dəyişmək üçün nə etməlidir?

- Hesab edirəm ki, tez və ya gec onlar gözlərini açacaq və dərk edəcəklər ki, Ermənistan Cənubi Qafqazın "qara qoyunu"dur. Bu istiqamətdə böyük dövlətlərdə fəaliyyət davam etdirilməlidir. Bu tək jurnalistika sahəsinə aid deyil. ABŞ-a gəldikdə, Azərbaycandan ABŞ-a səfər etmək, mətbuat konfransları təşkil edərək ABŞ konqresmenləri ilə üzbəüz görüşlər keçirmək lazımdır. Eyni zamanda, daha çox ermənilərin manipulyasiyasına qarşı həqiqətləri yaymaq lazımdır. Çünki ermənilər internet üzərindən yalan məlumatlar yayır. Onlarla üzləşib yalan danışdıqlarını sübüt etmək lazımdır. Düzdür, bu çox çətindir, amma dünyada asan heç nə yoxdur. Mən bu barədə optimist düşünürəm, hesab edirəm ki, yaxşı olacaq.
Aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunların təmas xəttində yaranan gərginliyə dünya mediası necə reaksiya verdi? 1994-cü ildən bu günə qədər ermənilər atəşkəsi min dəfə pozub. Lakin beynəlxalq birlik bununla bağlı ciddi bir mövqe tutmayıb. Aprelin əvvəlində yaranan gərginliklə bağlı ABŞ Dövlət Departamentində konfrans keçirildi. Departamentin mətbuat katibinə Qarabağdakı situasiya ilə bağlı sual verildi. Dövlət Departamenti Ermənistanın atəşkəsi pozmasını pislədi. Lakin mən ümid edirdim ki, Dövlət Departamenti pres-reliz yayaraq Ermənistanın zorakı davranışını tənqid edəcək. Tək mətbuat konfransı keçirib şifahi danışılmalı deyildi, onlar həmçinin bu məsələni Təhlükəsizlik Şurasında qaldırmalı idilər. Ya da ABŞ-ın Azərbaycandakı səfirliyinə gələrək burada tədbir keçirməli idilər. Bildiyim qədərilə bunlar edilməyib.


- ABŞ siyasi dairələrində Qarabağdakı vəziyyət necə qiymətləndirildi?

- Beynəlxalq birlik ABŞ-a insan haqlarının və demokratiyanın müdafiə olunduğu yer, necə deyərlər bu dəyərlərin qorunduğu "ürək" kimi baxır. Lakin ABŞ bu məsələdə, Azərbaycan və Ermənistan arasındakı münaqişəni həll etmək üçün əhəmiyyətli dərəcədə təzyiq etmir. Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmağa çağırmır, bunu priotetə çevirmir. ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfəri tarixi səfər idi. Barak Obamanın İlham Əliyevi Sammitə dəvət etməsi onun verdiyi mühüm qərarlardan biri idi. Lakin burada dünya birliyinə verilməli olan "Azərbaycanın hər bir qarış torpağından Ermənistan qoşunları çıxarmalıdır" mesajı da daxil olmaqla görüləsi çox işlər vardı. Hesab edirəm ki, BMT TŞ-nın gücləndirilməsi sahəsində ABŞ mühüm rol oynamalıdır. BMT indi əvvəlki illərdə olduğu kimi güclü təşkilat deyil.

- Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı siyasət barədə nə düşünürsüz?

- Azərbaycanın xarici siyasəti əladır, praktik və dinamikdir. Dünyada Azərbaycanın səsinin qaldırılmasında XİN rəhbəri Elmar Məmmədyarovun başçılığı ilə böyük irəliləyiş əldə edilib. Dünyada Azərbaycan kimi okeana birbaşa çıxışı olmayan başqa ölkələr də var. Onların digər ölkələrdə cəmi 37-38 səfirliyi var. Azərbaycanın isə dünyada 80-dən çox səfirliyi var. Bu, Azərbaycanın dünyada milli maraqlarının qorunması üçün çox müsbət addımdır.


- Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirərsiz?

- Minsk qrupunun həmsədrləri təqaüdə çıxmış səfirlərdir ki, bir masa ətrafında toplaşır. Onlar dünyada, baş verən prosesləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər. Lakin qərarverici gücləri yoxdur. Onlar dəyirmi masa ətrafında toplaşıb söhbət edir. Hesab edirəm ki, həmsədrlərin xeyirdən çox zərərləri var. Ötən ilin noyabrını xatırlayıram. Qarabağdakı qondarma rejimin XİN rəhbəri ABŞ-a səfər etmişdi. Orada "XİN" rəhbərinin ABŞ konqresmenləri və Ermənistan səfirliyində keçirdiyi görüşlərdə həmsədr Ceyms Uorlik də iştirak edirdi. Sonra Uorlik tvitter-də yazdığı postlarda "hə mən orada idim", "mən də iştirak edirdim" tipli fikirlər yazırdı. Uorlik həmçinin bildirir ki, münaqişənin həllində vasitəçilik etmək istəyən digər beynəlxalq təşkilatların legitimliyi yoxdur. O bu barədə pres-reliz yaymaq və ya konfrans keçirib daha geniş detal açıqlamaq əvəzinə tvitterdə post yazır. Düşünürəm ki, Minsk qrupu ləğv edilməlidir. Çünki bu qrup qərəzlidir, təktərəfli işləyir. Beynəlxalq münasibətlər, təhlükəsizlikdən bir az da anlayan hər kəs başa düşür ki, Minsk qrupu nəticə əldə edə bilməyən ekspertlərin qrupudur.
Mənim fikrimcə, Ermənistan respublika, müstəqil dövlət deyil, çünki onun düşünmək gücü yoxdur. Ermənistanın seçimləri Fransa, Rusiya və ABŞ-dan diktə edilir. O oyuncaq dövlətdir və onurğa sütunu yoxdur. Onun gələcək haqda proqnoz vermək bacarığı yoxdur. Ermənistanın xarici siyasətinin yol xəritəsinin müəyyənləşdirilməsində Rusiya da mühüm rol oynayır.

- Rusiyanın Ermənistanı müdafiə etməsi haqda fikirlər səsləndirilir. Bunu müəyyən mənada başa düşmək olar. Bu iki dövlət KTMT və Aİİ kimi təşkilatların üzvü kimi tərəfdaşdırlar. Lakin Qərb dövlətlərinin Ermənistanla belə bir tərəfdaşlığı yoxdur. Qərb niyə Qarabağla bağlı qəti mövqe nümayiş etdirmir, qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etmir?

- Bunun səbəbi birinci növbədə erməni diasporasıdır. İkinci səbəb odur ki, Avropa İttifaqı çox bürokratik strukturdur və qərar vermək prosesi çox zəifdir. Üçüncü səbəb, bu gün Avropanın üzləşdiyi miqrasiya problemidir. Miqrasiya problemindən əvvəl isə İŞİD problemi var idi.
Konkret ABŞ-a gəlincə, ABŞ hesab edir ki, Cənubi Qafqaz Rusiyanın təsiri dairəsində olan ərazidir. Həmçinin, burada ikili standartlar da mühüm rol oynayır. ABŞ-da böyük erməni diasporası var. Erməni diasporası konqres üzvlərinə pul ödəyir. Los-Ancelesdə də böyük erməni icması var. Mən o azsaylı insanlardanam ki, beynəlxalq birliyi Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırıram. Ən azı ABŞ Ermənistana iqtisadi sanksiyalar tətbiq etməklə, ikili standartlar nümayiş etdirmədiyini dünyaya göstərə bilər. Çünki Rusiya Krımı qanunsuz ilhaq edəndə Rusiyaya qarşı sanskiya tətbiq edildi.