“Britaniya Azərbaycan dövlətçiliyinin güclənməsində maraqlıdır” Müsahibə
Səfir Tahir Tağızadə: "Britaniya üçün Cənubi Qafqaz və Xəzər regionu əhəmiyyətlidir"
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadənin APA-nın London müxbirinə müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik
- Azərbaycanla Britaniya arasında ticarət dövriyyəsinin artırılması üçün potensial mövcuddurmu? İqtisadiyyatın daha çox hansı sahələrində əməkdaşlıq inkişaf etdirilə bilər?
- Potensial böyükdür. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq inkişaf etdirilə bilər. Ancaq burada iki cür problem mövcuddur.
Birinci, Böyük Britaniyanın özünün çox ciddi və sərt sanitar gigiyenik normaları var. İkinci isə Avropa İttifaqının standartlarıdır. Digər əməkdaşlıq etdirilə bilinəcək sahə turizm sahəsidir. Turizm sahəsinə maraq get-gedə artmaqdadır. "BBC 2" telekanalından sonra hal hazırda "Burning Productions" adlı qrup Azərbaycanda çəkiliş aparmaq məqsədilə səfirliyə müraciət edib. Onlar Şamaxıda, Şəki Xan Sarayında, kəlağayı fabrikində, Kişdə yerləşən Alban məbədində, Lahıcda misgərlik zavodunda, eləcə də Bakının müxtəlif yerlərində, o cümlədən Heydər Əliyev mərkəzində, Bakı Bulvarında və sairə yerlərdə çəkiliş aparmaq və müxtəlif mədəniyyət xadimləri ilə görüşmək istəyirlər. Bundan başqa, "Formula 1’’, "Avroviziya’’, Avropa Oyunları, Bakı Prosesi, Bakı Humanitar Forumu kimi beynəlxalq tədbirlərin Azərbaycana nəinki Britaniyanın, ümumilikdə bütün dünyanın marağının cəlb edilməsində böyük əhəmiyyəti var. Bizim vətəndaşlarımız arasında isə Britaniyaya maraq həmişə var. Misal üçün, bizim tələbələrimizin xaricdə təhsil məqsədilə seçdikləri universitetlər arasında təbii ki, ilk yerlərdə Britaniya Universitetləri dayanır.
- İki ölkə arasında Bakı-Londondan başqa, digər şəhərlər üzrə birbaşa aviareyslərin açılması ilə bağlı danışıqlar aparılırmı?
- Aydın məsələdir ki, ölkənin təbliğatında aviauçuşların rolu danılmazdır. Ancaq əlbəttə ki, aviareyslərin açılması nəzərdən keçirilərkən məsələnin biznes tərəfi də ən az mahiyyəti qədər vacib amil kimi götürülür. Mən hələ Çexiyada işlədiyim zaman biz Bakı-Praqa istiqamətinin açılmasına nail olduq, ancaq hazırda bu istiqamət mövsümi əsasda işləyir. Bu baxımdan, hazırda Britaniya şəhərləri arasında Londondan başqa davamlılıq vəd edən istiqamət hələ ki müəyyən edilməyib. Digər tərəfdən, bildiyiniz kimi, bizim səfirlik həm də İrlandiya, İslandiya və Danimarkada da akkreditə olunub. Danimarka- Kopenhagen aviareysinin açılmasının həm istiqamətin tarixiliyi, həm də inkişaf etməkdə olan əlaqələrimiz baxımından perspektivli ola biləcəyi qənaətindəyəm. Həmçinin, yenicə fəaliyyətə başlayan "Buta Airways"lə artıq səyahət etmiş biri kimi deyə bilərəm ki, bu cür yeni istiqamətlərin açılmasında "Buta Airways" kimi şirkətlərin də uğur qazana biləcəyinə inanıram.
- Azərbaycanın Böyük Britaniyada Ticarət Evinin açılması gözlənirmi?
- Bu, iqtisadi əlaqələrin diversifikasiyasından birbaşa asılıdır. Həm ondan asılıdır, həm də onun bir növ, səbəbidir. Bizim tərəfdaşlığımızın, partnyorluğumuzun 70-80 faizə qədəri neft-qaz, energetika sahəsinə aiddir. Gələcək üçün mən bu evin açılmasını çox perspektivli istiqamət kimi görürəm. Birinci ona görə ki, karbohidrogen ehtiyatları belədir ki, bu gün var, sabah yoxdur. Hazırda bir çox yataqlar kəşf olunsa da, hamımız bilirik ki, bu, sonsuz proses deyil. Uzaq gələcəyi nəzərə alaraq prinsipcə, bu kimi ticarət nümayəndəliyinin açılması əlaqələrin şaxələndirilməsi baxımından məqsədəuyğun ola bilər.
- Böyük Britaniyanın, xüsusilə BP-nin yaxın gələcəkdə Azərbaycanla və ya ümumiyyətlə Xəzər regionu ilə bağlı planları nədən ibarətdir?
- 2017-ci ildə BP ilə Azərbaycan arasında hasilatın pay bölgüsü sazişinin növbəti 25 il müddətinə uzadılması, cənab prezidentin səfəri zamanı BP ilə SOCAR arasında imzalanmış yeni müqavilə BP-nin ölkəmizlə münasibətlərə çox ciddi əhəmiyyət verdiyini bir daha təsdiq edir. Bu tərəfdaşlıqda hər zaman hər iki tərəfin bir birinə sadiq qalması önəmli rol oynayıb. Misal üçün, boru kəmərlərinin tikilməsi zamanı BP həm də ətraf icmalara dəstək vermiş və bu istiqamətdə bir sıra sosial layihələr həyata keçirmişdir. Bundan əlavə, şirkətin Azərbaycanla bağlı fəaliyyətində yerli kontent məsələsini daima nəzərdə saxlaması və BP strukturlarında daha çox azərbaycanlı kadrların işə götürülməsi prinsipinə sadiq qalması BP-nin Azərbaycanın gələcək rifahında, ölkəmizin xüsusən energetika sahəsindəki uğurlarının davamlılığının təmin edilməsində, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin gələcəkdə də davam etdirilməsində maraqlı olduğunun daha bir göstəricisidir. Sözsüz ki, Azərbaycan da dəfələrlə bu partnyorluğa ciddi yanaşdığını əməldə nümayiş etdirmişdir. 2010-cu ildə Meksika körfəzində neft axını ilə bağlı baş verən hadisənin nəticələrinin aradan qaldırılması müddətində Azərbaycan bir tərəfdaş kimi daima BP-nin yanında olmuşdur.
- Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi necədir? Britaniya rəsmiləri ilə görüşlərdə onların sərgilədiyi mövqe sizdə hansı təəssüratlar yaradır? Britaniya hökuməti münaqişənin Azərbaycanın mənafeyinə uyğun həllində nə qədər maraqlıdır?
- Biz Azərbaycanın xarici siyasətinin digər istiqamətlərini vurğulayanda yadda saxlamalıyıq ki, bu xarici siyasət milli maraqların əsasında qurulur və milli maraqların qorunmasına yönəldilib.
Ermənistanın Azərbaycana təcavüzü hələ də davam edir. Nəticə etibarilə ölkəmizin 20 faizdən artıq ərazisi işğal altındadır. Bu məsələdə Britaniyanın mövqeyi daima tarazlı və balanslıdır, çünki bu mövqe beynəlxalq hüquq prinsipləri əsasında formalaşıb. Bunu Azərbaycan tərəfi yüksək qiymətləndirir. Sadəcə, Britaniya ATƏT-in Minsk qrupunun üzvü deyil və bu, Britaniyanı münaqişənin həlli istiqamətində fəal rol oynamaqdan çəkindirən bir faktordur. Amma Qarabağ məsələsinin Azərbaycanın xarici siyasətindəki əhəmiyyəti, Azərbaycanın gələcək inkişafı və ölkəmizin Avropadakı beynəlxalq strukturlardakı roluna təsirini, həmçinin Böyük Britaniya və Azərbaycan əlaqələrinin önəmini Britaniya establişmentində çox yaxşı başa düşür və dərk edirlər. Biz bunu Britaniya tərəfinin məsələ ilə bağlı bütün formatlarda səsləndirdikləri mövqelərdə görürük. Misal kimi qeyd edim ki, 2017-ci ilin dekabr ayında Azərbaycan hökuməti ilə Britaniya hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclasının yekun protokolunda ikitərəfli münasibətlərin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusi ilə qarşılıqlı olaraq suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında qurulduğu bəyan edilmişdir.
- Britaniyada Azərbaycan diasporunun fəaliyyəti barədə nə deyə bilərsiniz? Bu fəaliyyətin daha da gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?
- Burada üç istiqamət var. Birincisi odur ki, on illərlə fəaliyyət göstərən qeyri-rəsmi strukturların işinə dəstək verilməlidir. Azərbaycan Evi, London Qadınlar Klubu kimi qurumlar buraya daxildir. Biz bayramdan bayrama işləsək, real nəticə əldə edə bilmərik. Buna görə, bu işin sistematik olması çox vacibdir. İkinci istiqamət fərdi fəal insanlarla, burada yaşayan həmvətənlərimizlə işləməkdir. Bu istiqamətdə əsasən, diasporaya aidiyyəti olmayan azərbaycanlıları, əsasən də tələbələri nəzərdə tuturam. Biz bu istiqamət üzrə əlimizdən gələni etməyə çalışırıq. Üçüncü istiqamət isə yeni fəal strukturların qurulması və onların mövcud olanlara maneçilik törətməməsidir. Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan Qadınlar Assosiasiyası buna gözəl örnəkdir. Bu kimi təşkilatların fəaliyyəti səfirliyin ənənəvi fəaliyyət çərçivəsindən kənar sahələri əhatə edir və kifayət qədər perspektivli istiqamətdir.
- Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsi məsələsində Azərbaycanın mövqeyi necədir?
- Bu məsələdə Azərbaycanın mövqeyi aydındır. Azərbaycan Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü kontekstində dəfələrlə qeyri-ənənəvi silahlardan böyük əziyyət çəkib. Misal üçün, Ermənistan uzun illərdir ki vaxtı keçmiş və təhlükəli Metsamor Atom Elektrik Stansiyasından regional münasibətlərdə bir təsir (hətta şantaj) vasitəsi kimi istifadə etməyə çalışır. Daha sonra, təmas xəttində Ermənistan tərəfindən qəsdən törədilən və söndürülməsinə imkan verilməyən yanğınlar, su və hava məkanlarının çirkləndirilməsini də mən ölkəmizə qarşı qeyri-ənənəvi silah vasitəsilə şantaj və təzyiq kimi qiymətləndirirəm.
Beynəlxalq birliyin üzvü və müvafiq Konvensiyalara tərəf çıxmış dövlət kimi Azərbaycanın Skripal məsələsində mövqeyi ilk gündən etibarən bundan ibarət olub ki, məkanından və zamanından asılı olmayaraq, biz kimyəvi silahların istifadəsinin əleyhinəyik. Artıq həmin prosesin implementasiyası, onun mənbələrinin təsdiqlənməsi və ona aid olan detalların aydınlaşdırılması isə Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın portfoliyasındadır. Bu cür situasiyalarda Azərbaycan hansısa ikitərəfli, ya da məhdud xarakter daşıyan addımların tərəfdarı deyil. Beynəlxalq ictimaiyyətin bir üzvü olaraq hesab edirik ki, bu cür vəziyyətlər üzrə qərarlar çoxtərəfli və ideal şəkildə universal xarakter daşımalıdır. Bu baxımdan, Azərbaycan ilk gündən bu məsələdə KSQT və onun baş katibinin rolunu vurğulayır. Mənə elə gəlir ki, qeyd olunan təşkilatın bəhs olunan məsələ üzrə addımları kifayət qədər şəffaf və konstruktiv idi. KSQT-nin məsələ ilə bağlı hesabatı çıxdıqdan sonra isə Azərbaycan öz mövqeyini həmin hesabata uyğun tutur.
- İki ölkə həm də regional və qlobal təhlükəsizliyə töhfə vermək üçün çalışır. Bu əməkdaşlıqla bağlı nə deyə bilərsiniz?
- Britaniya və Avropa qlobal təhlükəsizliyin əsas elementlərindən biridir. Azərbaycan da daim çalışır ki, istər regional, istərsə də Avrasiya kontekstində təhlükəsizliyin təmin edilməsində rol oynasın.
Xüsusilə qeyd edirəm ki, iki ölkə arasında siyasi dialoq, təhlükəsizlik və iki ölkənin müdafiə konsepsiyaları arasında ziddiyyət təşkil edən heç bir məsələ yoxdur və əlaqələrimiz çox fəaldır. Ölkələrimiz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq təhlükəsizliyin qorunmasına töhfə verir.
Britaniyanın hazırda diqqəti əlbəttə ki, "Brexit" problemlərinə yönəldilib. Britaniya üçün Cənubi Qafqaz və Xəzər regionu əhəmiyyətlidir və Azərbaycanın bu regionda pilot, mərkəz rolunu oynaması əlbəttə ki, vacibdir. Böyük Britaniya Azərbaycan dövlətçiliyinin daha da güclənməsi və rifahında maraqlıdır. Biz də öz planlarımızda Britaniyanın Avropa və beynəlxalq təhlükəsizliyin təmin edilməsindəki rolunu daim nəzərə alırıq. Əlaqələrimiz konkret prinsiplər əsasında qurulur. Təhlükəsizlik sahəsinin böyük komponenti enerji təhlükəsizliyidir. Burada da Azərbaycanın rolu əvəzedilməzdir. Böyük Britaniya tərəfi bunu bütün danışıqlarda vurğulayır. Bütün səviyyələrdə bizim əlaqələrimiz konstruktiv və problemsizdir. Bunun əsas səbəbləri də əlbəttə ki, nəzəri və prinsipial yanaşmaların üst - üstə düşməsindən ibarətdir.