14:38
679
ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff və HƏMAS lideri Xəlil əl-Həyya arasında noyabrın 19-da İstanbulda keçirilməsi planlaşdırılan görüşü ləğv etmək qərarına gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, bu qərarın əsas səbəbləri İsrailin Amerika administrasiyasına ünvanladığı tənqid və təzyiqlərdir. İsrail tərəfi əmindir ki, belə bir görüş ABŞ-ın HƏMAS-ın statusunun tanınması kimi şərh oluna bilər ki, bu da İsraillə radikal hərəkat arasında ABŞ prezidenti Donald Trampın Qəzzadakı vəziyyətin nizamlanması planını həyata keçirmək üçün daha dolayı danışıqları çətinləşdirə bilər.
Məryəm Quliyeva