Azərbaycanı II Beynəlxalq Parabadminton Turnirində təmsil edəcək idmançı müəyyənləşib
Litva Ukraynanın atəşə tutulması və Azərbaycan səfirliyinin zədələnməsinə görə Rusiyaya etiraz edib
Ərdoğan: Gürcüstan-Azərbaycan sərhədində baş vermiş təyyarə qəzasının səbəbləri araşdırılır
ABŞ, İstanbulda Vitkoff və HƏMAS lideri arasında görüşü ləğv edib
13:52
560
2024-cü ildən “Dövlət satınalmaları haqqında” yeni Qanun qüvvədədir. 2025-ci ilin ilk 9 ayı ərzində 7,4 mlrd. manat məbləğində 13 mindən çox satınalma həyata keçirilibr ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1,2 mlrd. manat və ya 930 satınalma çoxdur.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Hesablama Palatasının sədri bildirib ki, 2025-ci ilin ilk 9 ayında keçirilmiş satınalmaların həm sayı, həm də məbləği yeni Qanun qüvvəyə minənədək keçirilən satınalmaların təxminən illik göstəricisinə bərabərdir. 9 ayda 6500 yaxın müsabiqəli satınalma keçirilib:
"2025-ci ilin ilk 9 ayında müsabiqə əsaslı dövlət satınalmalarını həyata keçirmiş 1000-dən çox təşkilatdan təxminən 60%-i satınalmalara 2-ci rübdən, təxminən 30%-i isə 3-cü rübdən etibarən başlayıb. Qeyd edim ki, əvvəlki illə müqayisədə satınalmalara gec başlamış təşkilatların sayında azalma (təxminən 20%) müşahidə edilir".