VAQİF SULTANLININ “SƏHRA SAVAŞI” ROMANI TƏBRİZDƏ YAYIMLANDI Ədəbiyyat

VAQİF SULTANLININ “SƏHRA SAVAŞI” ROMANI TƏBRİZDƏ YAYIMLANDI

Bu günlərdə yazıçı və ədəbiyyat araşdırıcı TVsı Vaqif Sultanlının “Səhra savaşı” romanı Azərbaycanın Güneyində nəşr olunmuşdur. Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri (Teymur Turanlı) çevirmişdir.
Onu da xatırladaq ki, “Səhra savaşı” romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyildir. Bundan öncə yazarın “İnsan dənizi” romanı Dr.Böyük Mollayinin fars dilinə çevirisində Tehranda (2014) və Zəncanda (2015) böyük tirajla yayımlanmışdır.
Şərti-metafоrik üslubda qələmə alınmış “Səhra savaşı” rоmanında təsvir olunan olaylar zamanın çatlaması ilə gələ¬cəkdən imtina edərək keçmişə üz tutan baş qəhrəmanın – Qocanın taleyi fonunda aşkar¬lanır. Hadisələrin bu bağlamda çözümü müəllifə insan, zaman, dünya və gələcək haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.
Vaqif Sultanlının öncə yayımlanmış yazılarından yalnız məzmunca deyil, eyni zamanda forma-sənətkarlıq baxımından əhəmiyyətli dərəcədə seçilən “Səhra savaşı” romanı çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biga-nələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar aşınma probleminə etiraz ruhu ilə maraq doğurur. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörü¬yü ilə müşayiət olunan hadisə, əhvalat və epizodlarla şərtlənir.
Azərbaycan oxucularına ilk dəfə 2015-ci ildə təqdim edilən “Səhra savaşı” romanı daha sonra Ukrayna (2018), İngiltərə (2019) və Türkiyədə (2021) yayımlanmışdır.