Sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz Ədəbiyyat

Sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz

2-ci yazı

İnqilabın ilk illərində fəaliyyət göstərən Proletkultçuların əsas işləri "fəhlə sinfinə dönmədən kollektiv iradə və düşüncə təbiğ etmək, proletariata vahid, öz konsepsiyalarına uyğun təhsil vermək" idi. Proletkulçuların əsas məqsədi fəhlə-kəndli sinfini lazımi istiqamətə yönəltmək, ona müstəqil, mənəvi mədəniyyət öyrətmək idi. Proletkultçuların I Konfransı 1917-cı ilin sentyabrında Rusiyanın Maarif komissarı A.V.Lunaçarski tərəfindən çağırıldı. Bu konfransda biavasitə proletariatın özünün iştirakı ilə proletar mədəniyyətinin formalaşdırılması əsas vəzifə kimi qarşıya qoyuldu. Diqqətə çatdırıldı və xüsusi olaraq vurğulandı ki, buna proletariatın bütün qüvvələrini səfərbər etmək, bədii yaradıcılığa, ədəbiy-yata və incəsənətə meyl edən proletariatın, zəhmətkeş kütlənin yaradıcı fəaliy-yətini daha da inkişaf etdirmək yolu ilə nail olunmalıdır.
Proletkultçuların ən fəal xadimləri A.Lunaçarski, A.Boqdanov, F.Kalinin, V.Polyanski, S.Krivitsov, V.Pletnyov, P.Kerjentsev, N.Maşirov-Samobıtnik, N.Lukin, V.İqnatov və b. idilər. Proletkultçular fəal şəkildə elm və incəsənət, ədəbiyyat, musiqi, rəssamlıq, teatr, fəhlə klubları məsələləri ilə məşğul olurdu-lar. Lakin Proletkult təşkilatlarının və proletkultçuların ən çox maraqlandıqları və məşğul olduqları məsələ isə ədəbiyyat və ədəbi yaradıcılıq məsələləri idi. Proletkultçu¬ların ən fəal xadimlərində olan A.Boqdanovun qənaətinə görə, proletkultçular tərəfindən yaradılmış universitetlərdə, iş studiyalarında tezliklə proletar mədə¬niyyətinin və elminin əsas ideya prinsipləri öz təcəssümünü tapmalıdır.
Proletkultçular o dövrün 20-yə yaxın bir sıra məşhur mətbu nəşrlərində - "Proletarskaya kultura" (Moskva), "Qraduşee" (Petroqrad), "Qorn", (Moskva) "Qud¬ki" (Moskva), "Zaraevo zavodov" (Samara) və s. kimi qəzet və jurnallarda özlərinin ideologiyasını təbliğ edirdilər. Proletkult təşkilatları və onun üzvləri həmşinin çoxsaylı məcmuələrdə, toplularda proletar şeir və nəsr nümu¬nələri nəşr etdirirdilər. Proletkult təşkilatlarının Rusiyanın əyalət şəhərlərinin bir çoxunda da öz təşkilatları var idi. Belə ki, 1919-cu ilin yayında Rusiyanın təxmi¬nən 100 əyalət şəhərində öz təşkilatları var idi. Proletkult təş¬kilatlarının sayı isə 1920-ci ilin statistik məlumatına ğörə, ölkədə 80000-ə, üzv¬lərinin sayı isə 400 minə çatırdı. Proletkultçular həmdə fəhlələrin çox böyük əksəriyyətini öz tərəflərinə çəkə bilmişdi. Rusiyanın Xalq Maarif Kom¬mis¬sarlığı nəzdində Proletar özfəa¬liy¬yəti adlı ictimai-könüllü bir təşkilat da yaradılmışdı. Kütləvi xarakter alan Pro¬letkultçulq hərəkatı Rusiyada proletar inqilabının tam qələbəsi kimi başa düşülür və qəbul edilirdi. Keçmişin mədəni dəyərlərini (o cümlədən, xalq ədəbiyyatı, folkloru-T.O.) ələ keçirmək, onu mə¬nim¬səmək, bu mənəvi dəyərləri öz ideologi¬ya¬larına uyğunlaşdırmaq, ona yara¬dıcı şəkildə yanaşmaq Proletkult təşkilatlarının ən əsas və başlıca vəzifə¬lərindən hesab edilirdi. Ancaq Proletkult təşkilatlarının quruluşunda və bir sıra iş fəaliy¬yətində çox böyük səhvlərə yol verilirdi ki, sonradan bunları düzəlt¬mək çətin olurdu. Bu isə, öz növbəsində, cəmiyyətdə ciddi mənəvi qüsurlara gətirib çıxa¬rırdı.
Proletkultçuların əsas siyasi səhvləri ondan ibarət idi ki, onlar proletariatın belə mədəni hərəkatına yeni, fəhlə hərakatının xüsusi bir forması kimi baxırdılar. Onlar proletkultçuluq hərəkatını guya hər hansı bir xırda burjua təsirlərindən uzaq, professional səviyyəli siyasi-mədəni bir hərəkət hesab edirdilər. Prolet¬kult¬çular mədəni quruculuq işlərini digər dünya proletariatının mövcud olan prak¬tikasından ayırır, bunu özlərinin yeni proletar ideologiyası kimi təqdim edirdilər. Buna görə də proletkultçular sosialist mədəni quruculuq işlərində nəin¬ki kəndli¬ləri, ziyalıları, həm də fəhlə sinfinin bəzi geri qalmış təbəqələrini qəbul etmir, onları, onların dünyagörüşünü inkar edirdilər. Prolet¬kult¬çular mədəni irsə (folk¬lo¬ra, ədəbiyyata, mədəniyyətə - T.O.) münasibətdə aydın və dəqiq şəkildə məsə¬ləni belə qoyurdular ki, münasibət tənqidi, ona ye¬nidən baxılması, onun assimilyasiya edilməsi şəklində olmalıdır.
Başqa sözlə, Proletkultçular keçmiş mədəni irsi öz yaratdıqları proletkult mədəniyyətinə uyğunlaşdırmaq istəyir və geniş kütlələri də təbliğat yolu ilə buna çağırırdılar. Buna görə də bir çox şairlər, yazıçılar və elm, mədəniyyət, teatr xadimləri proletkultçuların təsiri altına düşdülər. Ancaq proletkultçular kənd¬lilə¬ri, ziyalıları, həm də fəhlə sinfinin bəzi geri qalmış təbəqələrini qəbul etmədiklərindən, bu sahədə vahid, davamlı bir cəbhə yarada bilmədilər. Elə bu səbəb¬lərdən də Proletkult təşkilatları sıralarında bəzi prinsipal, fundamental ideoloji məsələlərdə tam, mütəşəkkil birlik hiss olunmurdu.
Proletkultçuların P.V.Pletnev tərəfindən yazılmış son bəyannamə V.İ.Le¬nin tərəfindən kəskin tənqid edildi. Bunların nəti¬cəsində Proletkult təşkilatlarının fəaliy¬yə¬ti getdikcə zəifləməyə başladı. Ru¬si¬yada mədəni inqilabın daha da dərinləşməsi fonunda Proletkultçuluq tədricən ya¬radıcı fəaliyyətin yeni formalarının və ayrı-ayrı yaradıcı təşkilatların yaradıl¬masına mane ola bilmədi. Elə bu da 1920-ci illərin ortalarına doğru proletar ya¬zı¬¬çı¬larının, rəssamların, musiqiçilərin, teatr xadimlərinin, eləcə də digər mədə¬niy¬yət işçilərinin ayrı, müstəqil təşkilatlarının, birliklərinin yaradıl¬ması ilə nəti¬cələndi. Proletkultçuluq Rusiyanın bir çox şair və yazıçılarının, o cümlədən M. Gerasimov, V.D.Aleksandrov, V.T.Kirilov, S.A. Obradoviç, A. Maşirova-Sa¬mobıt¬-nik, N.Q.Poletaeva, V.V.Kazina və b. yaradıcılığında daha qabarıq şəkil¬də hiss edilirdi. Belə şair və yazıçılarının yaradıcılığı inqilabi-romantik pafos, pa¬tetika, simvol və inqilabi populizmlə dolu idi. Sonralar onlardan bəziləri - V.D. Aleksandrov, V.V.Kazina, S.A.Obradoviç, N.Q.Poletaeva Proletkultçuluqdan uzaqlaşdılar, və "Kuznitsa" adlı qrup yaratdılar.
1920-ci ilin avqustunda – Kominternin II qurultayında Proletkult təşkilat-ları tərəfindən beynəlxalq büro yaradıldı. Bu qurultayda proletkultçular "bütün ölkələrin proletarlarlı qardaşdırlar" manifesti ilə çıxış etdilər. Proletkult təşkilatlarının çıxış etdiyi bu manifestdə qarşıya belə bir vəzifə qoyulurdu: "Pro¬le¬tar mədəniyyəti prinsiplərinin yayılması, Proletkult təşkilatlarının bütün dün¬ya¬da yaradılması və Proletkultun Ümumdünya Konqresinə hazırlıq". Lakin Prolet¬kultçuluq geniş yayıla bilmədi və tədricən parçalanmağa başladı.
Proletkult təşkilatları 1920-ci illərin əvvələrində Böyük Britaniyada, Almaniyada və başqa ölkələrdə də yaranmağa başladı.Lakin bu ölkələrdə yara-nan Proletkult təşkilatları da özünü doğrultmadı və dağıldı. Proletkultçuların fəaliy¬yəti ciddi ziddiyyətlərlə müşaiyyət edilirdi. Proletkultçuluğun nəzəriyyəçiləri mil¬¬li-mənəvi dəyərlərə, qədim adət-ənənələrə yad olan estetik prinsipləri təbliğ edirdilər. Onların bu prinsipləri A.Boqdanovun "Proletar mədəniyyəti" jurna¬lın¬da dərc olunmuş əsərlərində öz əksini tapırdı. Onun fikrinə görə, inqilaba¬qə¬dərki illərdə ancaq proletariatın özü tərəfindən yaradılan "təmiz" proletar mədəniyyəti anlayışı, praktiki olaraq yeni yaranan "proletar mədəniy¬yəti" ilə keçmiş mədə¬niy¬yət arasında ziddiyyətlərə gətirib çıxarmışdı. Proleta¬riatın mədəni quruculuq sahəsində gördüyü proletkultçuluq işləri isə kəndlilər və ziyalıların sanki mədəni inkişafda təcrid olunmasına gətirib çıxarır-dı. Lakin A.Boqdanovun prolet¬kultçu¬luq məsələlərinə baxışları prolet¬kult-çuların digər məşhur rəhbərləridən olan P.İ. Lebedev-Polyanski, P.Kerjentsev, V.F. Pletnev, F.İKalinin, P.K. Bessalko tərə¬fin¬dən qəbul edilmirdi. Proletkultçu¬ların fəaliyyəti ciddi ziddiyyətlərlə müşa¬yi¬ət edilirdi. Proletkultçuluğun nəzəriy¬yəçiləri folklo¬ra, ədəbiyyata, mədəniyyət və incəsənətə yad olan estetik prin¬sipləri təbliğ edir¬dilər.
A.Boqdanovun ardınca V.F.Plеtnеv proletkulçuluq haqqında ziddiyyətli və zərərli fikirlər irəli sürürdü. V.F.Plеtnеv təsdiq edirdi ki, fəhlə sinfinin psixologiyasını "yalnız rəssam-proletar bilər." O, proletar həyat və məişətini fetişləşdirir və onu ibtidai mədəniyyətin başlanğıcı hesab edirdi. V.F.Plеtnеvin bu subyektiv görüşləri "İdeoloji cəbhədə" məqaləsində "Pravda" qəzetinin 1922-ci il 217-ci sayında dərc olunandan sonra birmənalı qaşılanmadı. V.İ.Le-nin V.F.Plеtnеvə qarşı çıxaraq onun bu nəzəri görüşlərini kəskin tənqid etdi və onun simasında proletkulçuluğun səhv xətt tutduğundan bəhs etdi. V.İ.Leninin bu fikirləri proletkulçuların "proletar mədəniyyəti quruculuğu vəzifəsi yalnız proletariatın özü tərəfindən həll edilə bilər" iddialarına, eləcə də zəhmətkeşlərin əleyhinə olan iddialara qarşı yönəldilmişdi.
Proletkultçuların separatizm və muxtariyyətə doğru meyllənməsi cəmiy-yətdə sosialist quruculuğu prinsipləri ilə ziddiyyət təşkil edirdi. Proletkult təşki-lat¬larının dövlət və partiyadan asılı olmaması, muxtariat formasında olması məsələsi isə mətbuatda ciddi diskussiya predmetinə çevrilmişdi. 1920-ci ilin 8 oktyabrında proletkultçuların qurultayı ilə əlaqədar olaraq Proletkult təşkilat-ları¬nın dövlət və partiyadan asılı olmaması, muxtariat formasında olması məsələsi yenidən gündəmə gəldi. Buna görə də V.İ.Lenin "Proletar mədəniyyəti" haq¬qında qətnamə layihəsi hazırladı. RK(b)P Siyasi Bürosunun təklifi ilə Konqres və RK (b)P proletkultçuların qurultayı haqqında qanun layihəsi qəbul etdi. Qətnamə layihəsinə əsasən Proletkult təşkilatları Təhsil Komissarlığına tabe olan bir şöbəyə çevrildi. Prolet-kult təşkilatları artıq bundan sonra birbaşa Təhsil Komissarlığına tabe olmalı, onun rəhbərliyi ilə hərəkət etməli, Təhsil Komis¬sarlığının göstərişlərinə sözsüz əməl etməli idi. 1920-ci illərdə Proletkultçular, əsasən, teatr və klub işləri ilə məşğul idilər. Proletkultçuların bu sahədə ən gözəçarpan, fenomenal işlərindən biri I Fəhlə teatrını yaratmaları oldu. I Fəhlə teatrında bir çox məşhur kino, teatr və məqə¬niyyət xadimləri, xüsusilə S.M.Eyzensteyn, V.S.Smışlyaev, İ.A.Pıryev, M.M. Straux, E.P.Qarin, Y.S.Qlizer və b. fəaliyyət göstərirdilər. 1925-ci ildə Proletkult təşkilatları Həmkarlar İttifaqlarının tərkibinə daxil oldular və 1932-ci ildə öz fəaliyyətlərini dayandırdılar.

Tahir Orucov
filologiya üzrə fəlsəfə doktoru, dosent