Türk təsəvvüf ədəbiyyatının böyük şairi - Mövlana Cəlaləddin Rumi Ədəbiyyat
2-ci yazı
Mövlana Rumi yaradıcılığında əsas xətt həqiqəti bilmək və idrakı ona təslim etməkdir. Böyük türk şairi Y.İmrənin - bir mən vardı məndə məndən içəri - sözlərindən xeyli əvvəl yazılmış Mövlananın aşağıdakı fikirləri bunu bir daha təsdiqləyir:
Mən məndə deyil, səndə də həm sən, həm mən,
Mən həm məniməm, həm də sənin, sən də mənim.
Bir öylə qərib halə bu gün gəldim ki,
Sən mənmisən, bilmirəm, mənmi sənəm
Altı cilddən, 25618 beytdən ibarət "Məsnəvi" əsəri C.Rumi sənətinin zirvəsi hesab edilir. Əsərin yazılma tarixi Şəms Təbrizinin ölümündən (1247) sonrakı dövrə düşür. Bu əsər haqq və Allah yolunu dərk etməyə, insanların içində Allah eşqi, yanğısı oyatmağa və s. xidmət göstərən müqəddəs fikirlər məcmusudur. "Məsnəvi"nin I cildinə Mövlana Cəlaləddin Rumi yazmış olduğu ön sözdə kitabın əsl mahiyyətinin nədən ibarət olduğunu açıqlayır və bu əsərin ruhi-mənəvi, irfani cəhətləri haqqında belə yazır: "Bu kitab "Məsnəvi" kitabıdır. "Məsnəvi" həqiqətə varmaq və Allah sirlərindən agah olmaq, onları dərk etmək istəyənlər üçün bir yoldur. "Məsnəvi" dinin əsaslarının əsaslarının əsaslarıdır. Allahın ən böyük və dəqiq şəriəti, həqiqətə aparan nurlu yoldur... O, açılan səhərlərdən daha böyük nura malikdir, həqiqət axtarışındakı könüllər üçün əsl cənnətdir. "Məsnəvi"nin bulaqları, budaqları və pöhrələri var. Bu bulaqlardan birinə "Səlsəlib" deyirlər. Məqam sahiblərinə, qəlb gözü açıq insanlara görə bu bulaq ən faydalı mənzil, ən gözəl istirahət yeridir. Xeyirxah və xoşxasiyyət kəslər orada yeyib-içər, deyib-gülər, fərəhlənərlər. "Məsnəvi" iman sahiblərinə şəfa, imansızlar üçün isə acı həsrətdir. Necə ki, Cənab Haqq: "Qurani-Kərim" ilə çoxları yollarından azar və çoxları doğru yolu tapar, hidayətə qovuşar" deyib. Şübhə yoxdur ki, "Məsnəvi" təmizliyə qovuşan kəslərin könülləri üçün şəfadır, hüznləri yox edər, "Quran"ı dəqiq anlamağa yardımçı olar, xasiyyətləri gözəlləşdirər. Könülləri duru insanlardan, həqiqət aşiqlərindən başqalarının "Məsnəvi"yə toxunmalarına izin yoxdur." "Məsnəvi"nin I cildinin ilk 18 beytini C.Rumi özü qələmə almış, qalan 25600 beyti isə onun müridi Hüsaməddin Çələbi kağıza köçürüb. Heç şübhəsiz, əsərin qaynağı "Qurani-Kərim"dir. Lakin Rumi H.Sənai, F.Əttar və s. kimi Şərqin ən mütəfəkkir filosoflarının da yaradıcılıqlarından bəhrələnib. Əsər bir növ mənzum hekayələr şəklindədir. Müəllif məqsədli olaraq hekayə daxilində hekayə verməklə məqsədinin hərtərəfli çatdırılmasını təmin edir. Əsərdə təriqət bilgiləri əsas yer tutsa da, realizmə söykənən həyat hadisələrinə də müəyyən yer verilib. Ona görə də, "Məsnəvi"də peyğəmbərlər, övliyalar və digər müqəddəslərlə yanaşı, nücum, tibb, fəlsəfə və s. elmlər, o cümlədən konkret hadisələr haqqında məlumatlara da rast gəlinir. "Məsnəvi"nin I cildinin başlanğıcındakı "Neyin ayrılıqdan şikayəti" vəhdətdən qopmuş vücudun öz əslinə qayıtması yolunda düşüncələr sistemini əks etdirmək baxımından xarakterikdir. Bu parçada Neyin naləli səsində ayrılıqdan şikayət motivi dayanır. Ney öz şikayətini belə izhar edir ki, qamışlıqdan kəsildiyim o gündən bəri qəmimin sərhədi yoxdur. Hər gün inləyib ağlayıram. Amma qulaq asan hər kəs məni tam anlaya bilməz. Məni ayrılıq acısı çəkənlər, həssas kəslər anlaya bilər.
Düşsə əslindən uzaq kim bir nəfəs,
Hər dəm eylər vəsldən ötrü həvəs.
Mən ki, hər məclisdə nalan olmuşam,
Şadu-ğəmginlə firavan olmuşam.
Can deyildir cismdən ayrı nihan.
Var nəzər, əmma ki, görməz kimsə can.
Ney olur atəşnəva, sanma həva,
Kimdə bu atəş ki yox, olsun fəna.
Hər nə var atəş ki neydə, eşqdir,
Hər nə var qovğa ki meydə eşqdir.
Ney ki bağrı yarələrlə yar olur,
Pərdəsindən pərdələr izhar olur.
Göründüyü kimi, burada Ney kamil insanın simvolu kimi təqdim edilir. Yəni Ney ilk vətəni olan "qamışhq"dan uzaq düşdüyü üçün fəryad qoparır. Artıq o ruh aləmindən kənarlaşan, deşik-deşik edilməklə maddi aləmin üzvü olan, lakin öz əzəl dünyasına, Allahına qovuşmaq istəyən insanın kamil obrazına çevrilir, onun ruhi istəklərini bəyan edir. Biz Neyin səsindəki yanğını eşq atəşi şəklində dərk edirik. Qəlblərdə yanan tanrı eşqindən bəhs açan hekayələrdə bu hal müxtəlif formalarda, lakin eyni ideyaya xidmət şəklində diqqəti cəlb edir. Bunlardan biri də "Bir çobanın Haqq-Təalaya minacatı və Musa əleyhissalamın bunu eşidib əsəbiləşməsi" adlanır. Burada ilk öncə Allahı arayan, qəlbi nurla dolu olan, öz sevgisini Tanrıya bəyan edən bəndənin - haqq yolçusunun Yaradana müraciəti verilir:
Ey Allahım, ey Xudam, olsun qurbanın canım.
Övladlar qurban sənə, ey fədan xanimanım...
Əllərini öpərəm, ayağın ovxalaram,
Yatanda yatağını silib tozun alaram.
Əgər görsəm evini, evinə gəlləm müdam,
Yağ-südünü gətirrəm, həmişə səhər-axşam...
Bu sözləri eşidən Musa peyğəmbər, "Allaha bu cür sözlərlə dua etməzlər" deyə çobanı küfr etməkdə ittiham edir. Musa peyğəmbərin sözləri çobanı məyus edir, səhralara üz tutmasına səbəb olur:
Yaxasını cıraraq, çoban ah-fəğan etdi,
Üz qoydu biyabana, bir anda gözdən itdi.
Sonrakı hissələrdə Haqq-Təalanın Musa peyğəmbərə "çobanın sözlərinə yox, qəlbində yanan Tanrı atəşinə bax" hökmü ilə müraciəti bir bəndənin timsalında öz əslindən qopan, lakin əslinə qayıtmaq istəyənlərin arzusu əks olunur. Bu istək, sanki dəryadan kənara atılıb susuzluqda çapalayan balığın dəryaya çatmaq həsrəti təsiri bağışlayır.
"Məsnəvi"də insan Yaradanın şah əsəri hesab edilir. Burada mələklərlə insanların fərqi belə təqdim edilir: "Mələkləri yaradan Allah onlara ağıl verdi, insanlara isə həm ağıl, həm də şəhvət verdi. Kimin ağlı şəhvətindən üstündürsə, o, mələklərdən də uca olar."
Ümumiyyətlə, C.Rumidə insanın kimliyinin, onun varlığının, ruhi-mənəvi dəyərlərinin ilahi mahiyyəti bütün yaradıcılığı boyu diqqət mərkəzində saxlanılır. Oğlu Bahəddinə ünvanladığı bir hikmətdə buna bir daha şahid oluruq:
Əgər daim cənnətdə olmak istəyirsənsə, dost ol, ürəyində heç kimə kin saxlama!
Çox şey istəmə və heç kimsədən də çox olma!
Mərhəm və mum kimi ol!
İynə kimi olma!
Əgər heç kimdən sənə pislik gəlməsini istəmirsənsə,
pis söyləyici,
pis öyrədici,
pis düşüncəli olma!
Çünki bir adamı dostluqla xatırlasan, hər zaman sevinc içində olarsan.
Həmin o sevinc cənnətin özüdür.
Əgər bir kəsi düşmənçiliklə xatırlasan, hər zaman kədər içində olarsan, həmin o kədər cəhənnəmin özüdür.
Dostlarını xatırladığın vaxt könül bağçanda çiçəklər açar, qızılgül və reyhanlarla dolar.
Düşmənlərini xatırladığın vaxt könül bağçan
tikan və ilanlarla dolar,
canın sıxılar, içinə pəjmürdəlik gələr.
Bütün peyğəmbərlər və vəlilər belə etdilər, içlərindəki xarakteri ortaya çıxardılar.
Xalq onların bu gözəl xüsusiyyətinə vuruldu, hamı könül xoşluğu ilə onların ümməti və müridi oldu.
Mövlanaya görə, insan Allahın bir kitabıdır. O, başdan-ayağa məna dənizidir. İnsan cövhərdir, hər şeyin qayəsi, məqsədi insandır. Ona görə də ağıl da, fikir də insana kölədir. C.Rumi təliminə görə insan sirr dünyasıdır. O, gizli bir aləmin zərrəsi, həm də daşıyıcısıdır. Bütün bunlarla yanaşı, C.Rumi "Məsnəvi"də insana həm də ayrıca bir fərd kimi yanaşır. Onun formalaşmasında mühitin, cəmiyyətin və tərbiyənin rolunun əhəmiyyət və təsiri barədə maraqlı fikirlər söyləyir. Bu düşüncələrdə insan tərbiyəsinin əsasında dayanan bilik, iradə, səbr, ağıl və s. komponentlərin əhəmiyyət və vacibliyi üstün yer tutur. Məlumdur ki, nəzəri olaraq istər pedaqoji, istərsə də psixoloji baxımdan iradənin tərbiyə üçün lazımlı faktora çevrilməsi tam sübuta yetirilib. C.Rumi bütün xeyirxah iş və əməllərinin təməlində iradə faktorunun dayandığını təsdiqləyir. Mövlana belə hesab edir ki, əgər insanda iradə olsaydı, o, günah işlətməzdi, xətalardan uzaq olardı. C.Rumi iradəni öyrədən müəllim üçün daha vacib sayır. Ona görə ki, hər bir elmi öyrətmək, həm də öyrənmək üçün möhkəm iradə tələb olunur. C.Rumi mülahizələrində bu fikir belə formalaşır: "İradə olmasaydı, müəllimlər nə üçün tələbələri bunca səbrlə tərbiyə etməyə çalışarlar? Nə üçün cürbəcür metodlara əl atarlar?"
C.Rumi "Məsnəvi"də ağlın müxtəlif dərəcələrindən söhbət açır. O, günəş qədər parlaq, atəş kimi yanan ağlı cəmiyyət üçün faydalı, tarazlıqdan çıxmış ağlı isə zərərli hesab edir. Maraqlıdır ki, C.Rumi insan ağlının qüsurlu cəhətləri şəhvət, acgözlük, yüksək mövqelər ardınca qaçma və s. haqqında fikirlərini də xüsusi formada təqdim edir. Müəllif günəş kimi, atəş kimi parlaq olan ağlı insan ruhunun ifadəçisi, haqq aşiqinin yol yoldaşı, nəfsi isə heyvani hissin simvolu kimi xarakterizə edir. Ancaq əsərdə insanın ali təqdimatı ilə yanaşı, həm də səbəblər aləmində onun şərti yox, həqiqi formada fəaliyyət necəliyi də əksini tapır. Yalnız bunlara əməl etməklə insan bədən zindanında məhbus olan ruhunun xilasına nail olur. "Məsnəvi"də istər maddi, istərsə də mənəvi aləmin hər birinin özünəməxsus rəngləri var. Burada həyat da, insan da, ölüm də, məzar da və s. zahiri yox, daxili boyalarına görə fərqlənir. C.Rumi bir irfan sahibi kimi Allahın qüdrəti qarşısında hər nəyi heç hesab edir. Ona görə də insanları dünya gözəllikləri (nemətləri) qarşısında deyil, Allah qüdrəti qarşısında səcdə etməyə çağırır. "Məzarlıqdakı xəzinə", "Acgöz sərçəcik", "Ən yaşlı kim" və s. çoxsaylı hekayələr mənəviyyatın maddiyyat üzərində üstünlüyünün təbliği təsirindədir. Ailəsini dolandırmaqda çətinliklə üzləşən, aclıqdan əziyyət çəkən, övladlarının yanına hər axşam əliboş qayıdan Mustafanın müqəddəs və xeyirxah Xızırın yuxuda gördükdən sonra çətinliklərdən qurtarmaq ümidləri artır. Yuxuda ona deyilmiş ünvandan işarəli kağızı götürür və qəbiristanlığa gedir. Lakin artıq tamah onda qəbiristanlıqdakı xəzinənin daha uzaqda yerləşdiyi qənaətini yaradır. Mustafa həmin hədəfə atdığı oxun düşdüyü yeri qazsa da, xəzinəni tapmır. Yuxusuna təkrar girən Xızır xəzinənin uzaqda yox, məhz onun ayaqları altında olduğunu deyir. Göründüyü kimi, burada nəfsin, insan xislətində tamahın tərki-silah məqamı sufiyanə tərzdə özünə yer tapıb.
"Məsnəvi"də tövbə, səbr, iradə, zikr, dua, nəfs və s. onlarla digər məsələlərin əsl mənəvi dərki özünə yer tapır. Və Haqqın insan düşüncəsindəki laməkanlıq konsepsiyasında konkret məkan anlayışına bir sual kimi cavab belə tapılır: "Onun zəhmət sifətləri haradadırsa, o özü də oradadır. Güc, qüvvət, əxlaq saflığı, təmizlik, anlayış, duyum, düşüncə haradadırsa, o, oradadır".
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor