Naxçıvan Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq keçirilib
Dövlət Xidmətinin rüşvət almaqda ittiham edilən vəzifəli şəxsi barəsində qərar verilib
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti
DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə müəyyən sayda yerin boş qalmasının səbəbini açıqlayıb
25 Mart 2022 17:33
5 096
Pilotsuz uçuş aparatlarının uğurlu istifadəsi Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsinin həlledici amili oldu.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın “The Atlantic” jurnalında dərc olunan məqalədə deyilir.
Müəllif yazır ki, Birinci Dünya müharibəsi tankların məhdud istifadəsi, İkinci Dünya müharibəsi isə onların genişmiqyaslı istifadəsi ilə yadda qalıb. 44 günlük Qarabağ müharibəsi isə digər texniki yeniliklərin istifadəsi ilə yanaşı Azərbaycanın dronlardan səmərəli istifadə ilə tarixə düşüb.
Eyni zamanda “The Washington Post” qəzetində dərc olunan digər məqalədə qeyd olunur ki, pilotsuz uçuş aparatları bir çox müharibələrdə dəfələrlə tətbiq olunub.
Müəllif qeyd edir ki, PUA-lar 2020-ci ildə Azərbaycanın Ermənistan üzərində qələbəsində vacib rol oynayıb.
“İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan PUA-ları kəşfiyyat, artilleriya və raket bölmələrinin hədəflərinə yönəltmə, operativ vəziyyətin ümumi görüntüsünün əldə olunması üçün istifadə edirdi. Dronlardan əldə olunan məlumatların koordinasiyasının parlaq nümunəsi kimi erməni qoşunlarının Xocavənddə istifadə etdikləri hava hücumundan müdafiə sisteminin dəqiq zərbə ilə məhv edilməsini qeyd etmək olar”, - məqalədə deyilir.
Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan taktiki silah hesab olunan pilotsuz uçuş aparatlarını operativ və strateji səviyyədə səmərəli istifadə edib.