Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq Cəmiyyət

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

Sabah bir neçə rayonun bəzi ərazilərində su olmayacaq.

Bu barədə İri Şəhərlərin Su Təchizatı" MMC-dən məlumat verilib.

Bildirilib ki, magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.

Məlumata görə, oktyabrın 7-si səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.