“Kommunikasiya, yolların açılması və Zəngəzur dəhlizi bu sənəddə yer alıb" Siyasət

“Kommunikasiya, yolların açılması və Zəngəzur dəhlizi bu sənəddə yer alıb"

Ötən il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Bu gün Şuşa bəyannaməsinin imzalnmasından bir il ötür. Bu sənəd iki ölkə arasında olan qardaşlıq bağlarını bir qədər də möhkəmləndirdi. Bütün sahələrdə Türkiyə Azərbaycanla müttəfiqlik imzalamış oldu.

“Şuşa bəyannaməsinin imzalanmasının birinci ildönümüdür. Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqliyinin çıxarışıdır. Çox önəmli bir sənəddir. Bu sənəd daha öncə imzalanmış olan müqavilələri, protokolları da özündə birləşdirib. 13 mart 1921-ci il Qars anlaşması ilə başlayıb. 1994 cü il dostluq-işbirliyi müqaviləsi, 2010-cu ildə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilələri özündə birləşdirilir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç danışıb. O, qeyd edib ki, Şuşa Bəyannaməsinin dərs kitabı kimi oxudulması, öyrədilməsi lazımdır. Bu sənəd, eyni zamanda bir yol xəritəsidir. Keçmiş səfir bildirib ki, 15 iyundan əvvəl və sonra olaraq uyğunlaşdırsaq, 15 iyunda bu münasibətlər zirvəyə yüksəlmişdir. Və bundan sonra yeni bir dönəm başlamışdır.

Hulusi KılıçHulusi Kılıç

“Şuşa Bəyannəməsi iki ölkənin parlamentləri tərəfindən təsdiqlənmiş müqavilədir. O tarixdən sonra üst səviyyə ziyarətləri artmış, əvvəlcə Ərdoğanın Füzuli hava limanının açılışına qatılması, İlham Əliyevin Artvin-Rize hava limanının açılışına qatılması, Rəcəb Tayib Ərdoğanın 28 may Cumhuriyyət günündə “TEKHNOFEST” proqramına qtaılması və ordakı çıxışları, Rizedə iki prezidentin əl-ələ tutub səhnəyə çıxması, yenə 28 mayda hörmətli vitse prezident Mehriban Əliyeva ilə Əminə Ərdoğanın əl-ələ tutaraq səhnəyə çıxması Şuşa bəyannaməsindən sonra baş verən inkişafdır. Media sahəsində əməkdaşlıq, hərbi təlimlərin sayı artmışdır. Azərbaycanda komando birlikləri yaradılmışdır. Qarabağın inkişafı mövzusunda Türkiyə lazım olan dəstəyi verməkdədir” - deyə Hulusi Kılıç bildirib. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi çox əhatəli bir sənəddir. Bu münasibətlərin hər sahəsini əhatə edir.

Siyasi, ticari, iqtisadi, hərbi, mədəniyyət, səhiyə, gənclik və idman sahələrində iki ölkənin imkanlarını birləşdirməsi üçün bir yol xəritəsi kimidir. Bu sənəd həm Türkiyə-Azərbaycan münasibətləri baxımından, həm də bölgə üçün önəmlidir. Bu sənəddə daha önəmli olan iki ölkənin qarşılıqlı təhlükəsizliyinin qorunmasıdır. Yəni birinə edilən hücum digərinə edilən hücum kimi qiymətləndirilməkdədir. Bu da NATO-nun 5-ci maddəsinə bənzəyir.

“Kommunikasiya, yolların açılması və Zəngəzur dəhlizi bu sənəddə yer almışdır. Bu, Türkiyə-Azərbaycan münasibətlərinin əsaslarını özündə əks etdirən bir “ana” müqavilədir. Türk dünyası ilə əlaqəli, Türk dünyasının inkişaf etməsi, güclənməsi üçün də maddələr qeyd olunub. BMT, ATƏT, Avropa Birliyi İslam Əməkdaşlıq Təşkilatı kimi Təşkilatlar qarşılıqlı dəstək sözü yer almaqdadır” - deyə keçmiş səfir bildirib.