“Ermənistan yenidən darmadağın olacaq”-politoloq Siyasət

“Ermənistan yenidən darmadağın olacaq”-politoloq

“Ermənistan sülh danışıqlarını ona görə uzadır ki, yekun sülh müqaviləsində Qarabağın Azərbaycanın tərkibində tanımaq istəmir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert əlavə edib ki, bunun üçün Ermənistan konustitusiyasında dəyişikliklər lazımdır: “İki il ərzində məhz Ermənistanın destruktiv siyasətinin nəticəsində aparılan danışıqlarda heç bir müsbət nəticə yoxdur.
Ermənistan yekun sülh müqaviləsini imzalamamaqla hərbi üstünlük əldə etməklə, nəyəsə nail olmağa çalışır. Bu da Ermənistanın məğlubiyyəti ilə sona çatır. Cenevrədə keçirilən danışıqlarda da heç bir nəticə olmadı. Növbəti gün Ermənistan silahli qüvvələri növbəti dəfə atəşkəsi pozdu, təxribatlara əl atdı.
2023-cü ildə sülh müqaviləsinin bağlanması realdır. Onun üçün Ermənistan yenidən darmadağın olacaq”.