“Tarixi Azərbaycan torpaqlarında Ermənistan böyük cinayətlər həyata keçirib” Siyasət

“Tarixi Azərbaycan torpaqlarında Ermənistan böyük cinayətlər həyata keçirib”

Tural İsmaylov: “Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığının dağıdılması qlobal ədalətsizliyin hansı həddə olduğunu göstərir”

“Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığının dağıdılması görüntüləri qlobal ədalətsizliyin hansı həddə olduğunu göstərir. Azərbaycan əleyhinə olmazın böhtanlar yağdıran Fransa, ABŞ Dövlət Departamenti, UNESCO və Avropa Parlamenti bir sutkadan çox vaxt keçməsinə baxmayaraq qəbiristanlğın dağıdılmağına reaksiya vermirlər”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq bildirib ki, dünya Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi çoxvektorlu cinayətlərə göz yumur: “Bu gün dünya sanki tənəzzül dövrünə qədəm qoyub. Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi sayısız cinayətlərlə bağlı indiyə kimi heç bir qüvvə hansısa addımlar atmır. Nə demokratiya və insan haqlarından moizələr oxuyan Qərb dövlətləri, nə də aidiyyatı beynəlxalq təşkilatlar Ermənistanın ortaya çıxan çoxsaylı cinayətlərini görmək istəmir. Əslində bu susqunluq gələcək üçün yaxşı heç nə vəd etmir. Ermənistanın vandalism aktlarına göz yummaq daha böyük faciələrə rıəvac verir. Sonuncu olaraq Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığının dağıdılması görüntüləri qlobal ədalətsizliyin hansı həddə olduğunu göstərir. Azərbaycan əleyhinə olmazın böhtanlar yağdıran Fransa, ABŞ Dövlət Departamenti, UNESCO və Avropa Parlamenti bir sutkadan çox vaxt keçməsinə baxmayaraq qəbiristanlğın dağıdılmağına reaksiya vermirlər. Tarixi Azərbaycan torpaqlarında Ermənistan böyük cinayətlər həyata keçirib. Qərbi Azərbaycanda abidələrimizin, qəbiristanlıqlarımızın dağıdılmağı, İrəvanda Təpəbaşı irsinin hücuma məruz qalmağı qlobal dünya irsinə aid olacaq abidələrimizin məhv edilməyi prosesidir. Ermənistan Azərbaycana aid irsin məhv edilməyini qarşısına məqsəd qoyub. Bu məqsədlərinə nail olmaq üçün isə bütün vandal vasitələrdən istifadə edir”.
Əli