"Vaxt gələcək İranın özü Allahın qəzəbinə gələcək" Siyasət

"Vaxt gələcək İranın özü Allahın qəzəbinə gələcək"

İran adlanan ölkə həmişə işğalçı Ermənistanın yanında olub. Özünü İslam Respublikası adlandırsa da əməli islami dəyərlərə ziddir. Vaxt gələcək İranın özü Allahın qəzəbinə gələcək.

Bunu "Xalq Cəbhəsi"nə ALDP Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.

N.Verdiyev qeyd edib ki, İran öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İəvana səfər etdi. İran bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməli ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirib, birgə layihələr həyata keçirilib. İran rəhbərləri müntəzəm qaydada Ermənistanın Koçaryan və Sarkisyan kimi əli Azərbaycan xalqının qanına batmış cəllad rəhbərlərinə qucaq açıb, İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar veriblər: "İran heç vaxt regionda Azərbaycanın güclənməsini istəməz, ona görə də fəaliyyətini, çirkab və məkrli siyasətini dövlətimizə qarşı yönəldib. İşğalçı Ermənistanı himayə edir, onu silahlandırılmasında böyük rol oynayıb. Hər zaman da rəsmi Bakının daxili işinə qarışıb, hədələyib. Amma yaddan çıxarıb ki, Azərbaycan qabağında tab gətirə bilməz. İranın varlığı elə Azərbaycandan asılıdır".

ALDP rəsmisi onu da deyib ki, 30 illik işğal dövründə İran həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada məscidləri bərpa etməklə Ermənistanın "humanist" simasını qoruyub saxlamağa çalışıb. İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər: "İran heç vaxt şeytanlıöını gizlədə bilməz və mələk fonunda görünməsin. Tez bir zamanda o da cavabımı alacaq".
Cavid