Almaniya səfiri ölkəsi adından vəd verib Siyasət

Almaniya səfiri ölkəsi adından vəd verib

"Almaniya ATƏT-ə sədrliyi dövründə "dondurulmuş" münaqişələrə diqqət ayıracaq"

"Almaniyanın ATƏT-dəki sədrliyi dövründə sülh və təhlükəsizlik əsas prioritet olacaq".
Bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib. O bildirib ki, üç gündən sonra Almaniya xarici işlər naziri ATƏT Daimi Şurasında prioritetləri açıqlayacaq: "Almaniya sədrliyi "dondurulmuş" adlandırdığımız davam edən münaqişələrə, o cümlədən sizin də cəlb olunduğunu münaqişəyə diqqət ayıracaq".
Səfir Almaniyanın üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına da böyük diqqət yetirəcəyini söyləyib: "Bu istiqamətdə müxtəlif konfrans, biznes forumlar keçiriləcək. Onlar bütün üzv ölkələr üçün açıq olacaq".